Redaktor
Azərbaycan hansı ölkələrdən eşitmə aparatları alır? - CƏDVƏL, QİYMƏTLƏR
Azərbaycan bu ilin ilk 4 ayında 2049 ədəd eşitmə aparatı idxal edib.
Valyuta.az xəbər verir ki, həmin dövrdə ölkəyə gətirilən eşitmə cihazları üçün ümumilikdə 642,89 min ABŞ dolları həcmində vəsait xərclənib.
Ən çox məhsul -1304 ədəd Çindən idxal olunub. Gətirilən aparatların ümumi dəyəri 5,07 min ABŞ dolları olub. Bu isə o deməkdir ki, 1 cihazın qiyməti cəmi 3,89 dollar və ya təxminən 6,61 manat təşkil edib.
Türkiyədən 240 ədəd eşitmə aparatı alınıb, onların ümumi dəyəri 21,95 min ABŞ dolları olub. Hər birinin orta qiyməti 91,46 dollar və ya 155,48 manat təşkil edib.
Bundan başqa, Vyetnamdan 37 ədəd cihaz idxal olunub. Bu məhsullar üçün 3,89 min dollar ödənilib. Beləliklə, 1 ədədin qiyməti təxminən 105,14 dollar və ya 178,74 manat olub.
Almaniyadan idxal olunan 215 ədəd cihaz üçün ümumilikdə 17,33 min dollar ödənilib. Bu da hər bir cihazın 80,62 dollar və ya 137,05 manata başa gəldiyini göstərir.
Avstriyadan gətirilən 81 ədəd eşitmə aparatı üçün isə ümumilikdə 563,56 min dollar xərclənib. Bu da məhsul başına təxminən 6957,78 dollar və ya 11 828 manat deməkdir.
Danimarkadan idxal edilən 171 ədəd cihaz üçün 23,39 min dollar ödənilib. Orta hesabla bir məhsul 136,79 dollar və ya 232,55 manata başa gəlib.
Polşadan isə cəmi 1 ədəd eşitmə aparatı alınıb. Bu cihaz üçün 7700 dollar və ya 13 090 manat ödənilib.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının məşhur universitetində söküntü işləri başlayır
14.12.2025“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025