Redaktor
Ötən sertifikasiyadan keçə bilməmişdi, bu il 59 bal topladı
Gəncə şəhər 8 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Ülviyyə İsmayılova təkrar sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib.
Valyuta.az “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, o, ötən il sertifikatlaşdırmanın ilk cəhdində 28 bal toplayıb. Bu il isə göstərdiyi əzmkarlıqla nəticəsini 59 bala yüksəldib.
Ü.İsmayılova bildirib ki, ötən il müəyyən qədər həyəcan və səhhətində yaranan problemlə bağlı nəticəsi aşağı olub, lakin növbəti imtahan üçün qarşısına məqsəd qoyaraq ciddi şəkildə hazırlaşıb: “Həm biliklərimi təzələdim, həm də özümü psixoloji cəhətdən imtahana hazırladım. Bu gün də böyük motivasiya hissi ilə imtahana getdim. 2006-cı ildən 8 nömrəli orta məktəbdə ingilis dili müəllimi kimi çalışıram.
Uğursuzluqla qarşılaşan hər bir müəllimə ruhdan düşməməyi və üzərində yenidən çalışıb uğur qazanmağı arzu edirəm. Təkrar sertifikatlaşdırma müəllimə ikinci bir şans verir. Bu, onların potensialına və inkişafına olan inamın göstəricisidir. İlkin mərhələdə uğur qazanmayan təhsilverənlər bu şansdan istifadə edib özlərini təkmilləşdirə və növbəti imtahanda yüksək nəticə göstərə bilərlər”.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var
13.12.2025Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi
13.12.2025Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi
13.12.2025DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı
13.12.2025"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər
13.12.2025Sərnişinlər metrodan daha az istifadə edib
13.12.2025Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq
13.12.2025Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib
13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?
13.12.2025SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb
13.12.2025Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO
13.12.2025Əhali bank sisteminə güvənmir - İqtisadçı
13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək
13.12.2025