Redaktor
Müavinət və təqaüdlər artımla nə vaxt ödəniləcək? - AÇIQLAMA
Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatına xidmət edən islahatların bu il də uğurla davam etdirildiyini təsdiqləyir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında məlumat verilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin fərman və sərəncamları ilə 2018-ci ildən etibarən ardıcıl şəkildə həyata keçirilən və 4 milyondan çox vətəndaşı əhatə edən beş sosial islahat paketinin hər biri üzrə əməkhaqqı və pensiyalarla yanaşı, müavinət və təqaüdlərdə də artımlar həyata keçirilib.
Artımların əsasən şamil olunduğu əhali qrupları aşağıdakılardır: şəhid ailələri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər (o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan şəxslər), beş və daha çox uşağı olan qadınlar, ailə başçısını itirmiş ailələr və digər həssas sosial qruplar. Bu kateqoriyalara yönələn sosial ödənişlər üzrə hər bir sosial islahat paketi çərçivəsində artımların həyata keçirilməsi, son illərdə həmin ödənişlərdə ciddi artımlara nail olunması dövlətin onlara olan xüsusi qayğısının əməli təzahürüdür.
Nazir əlavə edib ki, müavinət və təqaüdlərdə yeni artımlar edilmiş vətəndaşlar artıq gələn aydan bu ödənişləri artırılmış şəkildə alacaqlar.
©Oxu.az
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının məşhur universitetində söküntü işləri başlayır
14.12.2025“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025