Kimin müavinəti nə qədər artırıldı?

Redaktor

12.06.2025 19:21
216

Kimin müavinəti nə qədər artırıldı?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Valyuta.az hansı sosial müavinətin nə qədər artırıldığı barədə məlumatları təqdim edir:

Orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər əvvəl 270 manat alırdısa, indi bu məbləğ 300 manat təşkil edir.

Orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin müavinəti isə 220 manatdan 250 manata, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin sosial müavinətinin məbləği isə 150 manatdan 180 manata qaldırılıb.

Ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 manatdan 140 manata yüksəldilib.

Bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün əvvəl 100 manat idisə, indi bu məbləğ 140 manat təşkil edir.

Vətən Müharibəsi Qəhrəmanları əvvəl 2000 manat təqaüd alırdı, indi bu məbləğ 2200 manata yüksəldilib.

Milli Qəhrəmanlar üçün verilən təqaüdün məbləği isə 1800 manatdan 2000 manata qaldırılıb.

Qeyd edək ki, bu təqaüdlər ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.

Şəhid ailəsi üçün müvainətin məbləği isə 100 manat artırılaraq 700 manat təşkil edilib. Bu təqaüd 2007-ci ildən verilir. 20 Yanvar şəhidinin ailəsi üçün də məbləğ eyni təşkil edir.

Bunadək Xalq artisti, Xalq şairi və Xalq rəssamı 200 manat təqaüd alırdısa, indi bu məbləğin miqdarı 300 manatdır. Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçilərin müavinəti isə 150 manatdan 200 manata yüksəldilib.

Dəfn və doğum pulu kimi adlandırılan müavinətlərin məbləği isə 100 manat artırılaraq 600 manat təşkil edib.

©Qafqazinfo

Kimin müavinəti nə qədər artırıldı?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

Yataqxanada 1000 dollara şirkət qurdu - İndi 148 milyard pulu var

13.12.2025

Rusiya xüsusi təyinatlı polisi Azərbaycan diasporunun nümayəndələrinə qarşı əməliyyat keçirdi

13.12.2025

Ən bahalı "Dodge" avtomobilləri: sürət, güc və klassikanın birləşməsi

13.12.2025

DGK FHN rəisini cərimələdi: Nümayəndəsi Maliyyə Nazirliyini günahlandırdı

13.12.2025

"Apple" ilə Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üzrə birgə layihələr reallaşdırıla bilər

13.12.2025

Sərnişinlər metrodan daha az istifadə edib

13.12.2025

Gələn ildən bu şəxslərin gəlirlərindən daha çox pul tutulacaq

13.12.2025

Binaların dağılmadan mühafizəsi ilə bağlı yeni qaydalar təsdiqlənib

13.12.2025
Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

Rəqəmsal dövlətə keçid: Azərbaycanın yeni Yol Xəritəsi nə vəd edir?

13.12.2025

SOCAR və Neft Fondunun təsisçisi olduğu şirkət ilkin kapitalını azaldıb

13.12.2025

Rəşad Nəbiyev “NVIDIA”, “Meta” və AMD rəhbərliyi ilə nəyi müzakirə edib? - FOTO

13.12.2025

Əhali bank sisteminə güvənmir - İqtisadçı

13.12.2025
Gələn ildən telefon və noutbuklar zəifləyəcək

Gələn ildən telefon və noutbuklar zəifləyəcək

13.12.2025
Larry Ellison bir gündə 25 milyard dollar itirdi

Larry Ellison bir gündə 25 milyard dollar itirdi

13.12.2025

Siqaret istehsalında milyard ədədlik artım

13.12.2025

Azərbaycan nefti cüzi bahalaşdı

13.12.2025

UEFA AFFA-ya 5,55 milyon avro ayıracaq

13.12.2025

Bakıda daha bir bazar sökülür - VİDEO

13.12.2025

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri nə qədər artıb?

13.12.2025

Avtomobil benzini istehsalı artır

13.12.2025

Məzənnə

Yüklənir...