Redaktor
"Türkiyədə ayda 50 paltaryuyan satanı müdir qoyurlar, Azərbaycanda 500 manat alırdı"
Türkiyədə bir satıcı ay ərzində 50 paltaryuyan maşını sata bilsə, onu satış müdiri təyin edirlər və maaşı 2500–3500 lirədən az olmur. Avropada isə belə nəticə göstərən satıcıya direktor vəzifəsi verilir. Azərbaycanda isə bu qədər satış yalnız iş yükünün artması ilə nəticələnir, əmək haqları isə azalır.
Bunu "Valyuta.az"a müsahibəsində marketinq və brend inkişafı üzrə türkiyəli mütəxəssis Burak Kölemen deyib.
Onun sözlərinə görə, "LG", "Samsung" kimi Cənubi Koreya markaları 2015-ci ildən sonra Azərbaycan bazarında marketinq strategiyalarını özləri müəyyənləşdiriblər.
“Həmin vaxtdan etibarən distribütorlarla əməkdaşlıq etsələr də, satış qiymətlərini və strategiyanı özləri təyin edirdilər. Distribütor məhsulun üzərinə başqa marja qoymurdu. Deyək ki, distribütordan paltaryuyanı 400 dollara alan bir mağaza onu 410 dollara sata bilirdi. Bir mağaza ayda 50 paltaryuyan satsın, cəmi bir işçinin maaşı qədər qazanc əldə edir”, – deyə ekspert bildirib.

Burak Kölemen qeyd edib ki, burada iki vacib məqam var:
“Birincisi, 20 milyon dollar Azərbaycan bazarından keçir, lakin qazancın əsas hissəsi ölkədən çıxır. İkincisi, satıcı ay ərzində cəmi 500 manatlıq gəlir əldə edir. Halbuki Türkiyədə bu göstərici ilə satış müdiri, Avropada isə direktor olardı. Azərbaycanda isə əməkhaqqı əksinə, aşağı düşür. 2015-2025 arasındakı ilk 3-4 illik dövr belə keçdi”.
Daha ətraflı linkdə: //valyuta.az/az/read/71649/
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının məşhur universitetində söküntü işləri başlayır
14.12.2025“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025