BAKU Azərbaycan
22.03°C
  • USD
    1.7
  • EUR
    1.9324
  • RUB
    2.148
  • TRY
    0.0434
  • GBP
    2.2971
71043

Müasir biznes mühitində uğurun əsas şərtlərindən biri güclü liderlikdir. Artıq yalnız idarəetmə bacarığı kifayət etmir. Şrkətləri irəli aparan, dəyişiklik yaradan, insanlara təsir göstərən və gələcəyə yönəlik düşünənlər lider ola bilir.

Beynəlxalq səviyyədə tanınan strateji məsləhətçi Martin Roll-un yanaşmasına görə, liderlik doğuşdan gələn qabiliyyət deyil. Əksinə, bu təcrübə müşahidə və öz üzərində işləməklə qazanılan bir bacarıqdır. Əsl lider olmaq üçün isə insan ilk növbədə özü ilə dürüst olmalı, bəzi sualları özünə verməli və cavab axtarmalıdır.

Valyuta.az həmin sualları təqdim edir:

Gələcəyə fokuslana bilirsinizmi?

Əsl lider bu günü deyil, sabahı düşünür. Texnologiyanın sürətli inkişaf etdiyi dövrdə yalnız cari problemləri həll etməklə kifayətlənmək olmaz – liderlər gələcək imkanları öncədən görüb addım atırlar.

Dəyişiklikdən qorxursunuz, yoxsa onu qəbul edirsiniz?

Liderlər status-kvonu qorumağa deyil, onu dəyişməyə çalışırlar. Onlar çətin qərarlar verməkdən çəkinmir, təşəbbüsü ələ almağa hazır olurlar.

Riskləri fürsət kimi görürsünüzmü?

Qətiyyətli liderlər qeyri-müəyyənlikdən qorxmur, əksinə, onu inkişaf üçün bir şans kimi qiymətləndirirlər. Onlar uğursuzluqlardan dərs alaraq növbəti dəfə daha güclü çıxış edirlər.

Aydın məqsədiniz varmı?

Liderin dəyərləri və məqsədi nə qədər aydın olsa, ətrafındakıları da o qədər asan ruhlandıra bilər. Bu aydınlıq həm də liderin qərarlarında ardıcıllıq yaradır.

İdarəetmə bacarıqlarınız yetərlidirmi?

Yalnız vizion sahibi olmaq kifayət etmir. Lider həm də real planlar qurmalı, işi düzgün bölüşdürməli və komandasını idarə edə bilməlidir.

İnsanlarla münasibətiniz necədir?

Liderlik insanlarla düzgün əlaqə qurmaqdır. Empati, dinləmə və fərdi yanaşma bacarığı liderin komandasını arxasınca aparmasına imkan yaradır.

Komanda üzvlərini təşviq edir, onları inkişaf etdirməyə çalışırsınızmı?

Əsl lider başqalarının da liderliyini formalaşdırır. Onlara etibar edir, öyrənməyə şərait yaradır və onların uğuruna sevinir.

Fədakarlıq göstərirsinizmi?

Lider olmaq diqqəti öz üzərinə deyil, komandanın uğurlarına yönəltmək deməkdir. Liderlər üçün əsas olan, nəticənin kimə aid olması deyil, nəticənin əldə olunmasıdır.

Yeni fikirlərə və fərqli baxışlara açıqmısınız?

İnnovasiya və inkişaf yalnız açıq fikirli mühitdə mümkündür. Liderlər komandalarını danışmağa təşviq etməli və müxtəlif fikirləri dəyərləndirməlidirlər.

Ətrafınızda sevilən birisinizmi?

Sevilmək liderin etibar qazanmasında vacib rol oynayır. Səmimi münasibətlər, dürüstlük və dəstəkverici davranış komanda ruhunu gücləndirir.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Biznesinizi qloballaşdırmalısınız, yoxsa yerli bazarda qalmalısınız? - Ekspertlərin fikirləri

Məşhur akademikdən xəbərdarlıq: "Biz odla oynayırıq"

Bu qurum 792 min manatlıq xidməti avtomobil alacaq

Abramoviçin "Çelsi"nin satışından əldə etdiyi 2,35 milyardın aqibəti necə olacaq?

"Arkoz Qazax Sement Zavodu" MMC cərimələndi

"WhatsApp" istifadəçilərə öz süni intellekt köməkçilərini yaratmaq imkanı verəcək

Maraq azalır: Elektrikli avtomobillərin gələcəyi təhlükədədir?

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

Saatlıq, yoxsa aylıq əməkhaqqı: Hansı daha sərfəlidir? (ŞƏRH)

1,1 milyon manat vergi borcu olan şirkət kimindir?

Orta təhsil səviyyəsi üzrə aprelin 27-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub

Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər®

"Gəncə Memorial Hospital"da yoxlama: 6000 manat cərimə yazıldı

“Starlink” Azərbaycanda rəsmi qeydiyyata alınıb

Dövlət büdcəsinin gəlirləri açıqlandı

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Saleh Məmmədov bu qurumun rəisini dəyişdi

Azərbaycan Çinə toyuq ayaqları ixrac edəcək

"Swift" avtomobillərinin istehsalı dayandırıldı - Səbəbi isə...

“Şinkar Holdinq” Xocalıda 63 evin təmiri üçün 3,3 milyon alacaq

Bakıdan Qazaxa ilk dəfə sürət qatarları ilə sərnişin daşımalarına start verilir

WUF13-ün 2026-cı ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb

Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub®

Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi®

Mobil operatorların gəlirləri açıqlandı

Mobil operatorların gəlirləri açıqlandı

Qadağan olunan lüks məhsullar - SİYAHI, ÖLKƏLƏR

Fond fermerlərə 4 milyonluq ödəniş edib

Bu tarixdə şənbə günü iş olacaq

AccessBank-da yeni təyinat

"Citigroup" 3500 nəfəri işdən çıxaracaq

Çin Trampa görə "Apple"a qadağa qoydu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin