
Kiloqramı 32 manatdan göbələk teli alındı
2025-ci ilin yanvar-mart aylarında Azərbaycana 55,23 ton göbələk teli gətirilib.
Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, göbələk tellərinin idxalı üçün Azərbaycan 126,27 min ABŞ dolları xərc çəkib.
Məlumata görə, göbələk tellərini Azərbaycana idxal edən ölkələr Rusiya, Fransa və Macarıstan olub.
Hesabatda qeyd edilir ki, Azərbaycan Rusiyadan 100 kiloqram göbələk gətirib. İdxalın dəyəri isə 1,89 min ABŞ dolları təşkil edib. Yəni bu ölkədən gətirilən göbələk telinin kiloqramı 18,9 dollar və ya 32 manat 13 qəpik olub.
İdxalda adı keçən Fransadan isə 2,07 min ABŞ dolları dəyərində 540 kiloqram göbələk teli gətirilib. Bu ölkədən idxal olunan məhsulun kiloqramına 3,83 dollar və ya 6 manat 51 qəpik olub.
Göbələk telinin idxal olunduğu sonuncu ölkə, Macarıstandan isə 122,31 min ABŞ dolları dəyərində 54,59 tonluq idxal həyata keçirilib. Bu ölkə bizə göbələk telinin kilosunu 2,24 dollar və ya 3 manat 80 qəpiyə satıb.
Qeyd edək ki, göbələk telləri əsasən qida və suyun sorulması üçün istifadə olunur, bu da onların sağ qalması və inkişafı üçün vacibdir. Onlar ölü orqanizmləri parçalayaraq təbiətdə maddələrin təkrar dövranını təmin edirlər. Bəzi göbələklər bu tellərlə digər canlılara parazitlik edir və xəstəlik törədir. Eyni zamanda, bitkilərlə simbiotik münasibətlər quraraq onların qidalanmasını yaxşılaşdırır və torpağın məhsuldarlığını artırır.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay