Redaktor
"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
"Netflix”, “Warner Bros. Discovery”nin (“WBD”) yenidən qurulma prosesi çərçivəsində “Warner Bros.”u satın almaq barədə razılığa gəldiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, nağd və səhm kombinasiyası ilə həyata keçiriləcək əməliyyat “WBD”ni ümumilikdə 82,7 milyard dollar şirkət dəyəri və 72 milyard dollar səhm kapitalı dəyəri ilə qiymətləndirir.
Satınalma “WBD”nin qlobal yayım və televiziya kanallarını birləşdirən “Discovery Global” bölməsinin ayrılaraq ayrıca açıq səhmdar cəmiyyətinə çevrilməsindən sonra tamamlanacaq. Bu prosesin 2026-cı ilin üçüncü rübündə baş tutacağı gözlənilir.
Razılaşmaya əsasən, “Netflix” “Warner Bros.”un film və televiziya studiyalarını, həmçinin HBO və “HBO Max”i öz portfelinə əlavə edəcək. Beləliklə, “Game of Thrones”, “Harry Potter”, “The Sopranos” və DC kainatı kimi aparıcı markalar “Netflix”ə keçəcək. Şirkət bildirir ki, “Warner Bros.”un fəaliyyəti qorunacaq və mövcud kino nümayişi strategiyası davam etdiriləcək.
Birleşmədən sonra ABŞ-da istehsal gücünün artırılması, orijinal kontentə yatırımların genişləndirilməsi və yaradıcı komandalar üçün daha geniş əməkdaşlıq imkanlarının yaradılması planlaşdırılır.
Əməliyyata əsasən, hər bir “WBD” səhmdarı bağlanış zamanı 23,25 dollar nağd və 4,50 dollar dəyərində “Netflix” səhmı əldə edəcək. Səhm hissəsi əməliyyatın bağlanmasına yaxın müəyyən ediləcək VWAP qiymətinə uyğun tənzimlənən “collar” mexanizmi ilə qorunur.
Satınalmanın tamamlanması “Discovery Global”ın ayrılması, tənzimləyici təsdiqlər və “WBD” səhmdarlarının razılığı daxil olmaqla standart şərtlərdən asılıdır. Bağlanışın 12–18 ay ərzində baş tutacağı proqnozlaşdırılır.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?
07.12.2025Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?
07.12.2025Pendir istehsalında azalma
07.12.2025Vüqar Qurbanovdan yeni təyinat
07.12.2025"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi
07.12.2025"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır
07.12.2025Ən gənc milyarder uğurun sirrini açıqladı
07.12.2025"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO
07.12.2025Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
07.12.2025Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI
06.12.2025Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO
06.12.2025Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025