Redaktor
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company"nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding" şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.
Valyuta.az xəbər verir ki, "2PointZero" şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın salamlarını dövlət başçısına çatdırıb.
Qonaq qeyd edib ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanla bütün sahələrdə əməkdaşlığı genişləndirmək istiqamətində tapşırıq verib. O, əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu deyərək Azərbaycanla BƏƏ arasında uzunmüddətli uğurlu tərəfdaşlığın qurulduğunu vurğuladı.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə çatdırmağı xahiş edib.
Prezident İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın bu ilin sentyabrında Azərbaycana, Qarabağa səfərini, həmçinin onunla ölkədə və Birləşmiş Ərəb Əmirliklərində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.
Əlaqələrin strateji tərəfdaşlıq müstəvisinə qalxdığını deyən dövlət başçısı siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, müxtəlif sahələrdə əməkdaşlığın genişləndiyini qeyd edib, iki ölkə arasında qarşılıqlı dəstəyi yüksək qiymətləndirib.
Bərpaolunan enerji sahəsində BƏƏ-nin Azərbaycanın strateji tərəfdaşı olduğunu deyən Prezident İlham Əliyev bu istiqamətdə imzalanmış sənədləri qeyd edərək əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan-BƏƏ əməkdaşlığının daha geniş region üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Söhbət zamanı siyasi, iqtisadi-ticari, neft-qaz və digər istiqamətlərdə ikitərəfli əlaqələrin inkişafı vurğulanıb.
Enerji infrastrukturu, bərpaolunan enerji, investisiyalar, informasiya texnologiyaları, mədən sənayesi və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
…
15:48
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinin "2PointZero” şirkətinin sədri Şeyx Zayed bin Hamdan bin Zayed Əl Nəhyanı, "International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebi, həmçinin "International Resources Holding” şirkətinin baş icraçı direktoru Əli Alraşdini qəbul edib.
Valyuta.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb
06.12.2025İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB
06.12.2025Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI
06.12.2025"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il
06.12.2025Mərkəzi Banka yeni səlahiyyət verildi
06.12.2025Azərbaycan manatını nə gözləyir?
06.12.2025Onlar Azərbaycanda sağlamlıqlarına 13 milyon xərclədilər
06.12.2025
Bu şirkət tenderlərdə “zerkalnı” məbləğlər udur - SİYAHI
06.12.2025Sabahın hava proqnozu
06.12.2025Azərbaycan nefti ucuzlaşıb
06.12.2025Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər
06.12.2025Çilidən 7, Böyük Britanyadan 40 manata gətirilib
06.12.2025Bu ərazidə ticarət mərkəzi tikiləcək
06.12.2025Pambıq mahlıcının ixracı azalıb
06.12.2025Qadınlara satış etmək kişilərə satışdan daha fərqlidir - SƏHƏR OXUSU
06.12.2025Vəfat etmiş dövlət qulluqçularının vərəsələrinə müavinət veriləcək - VİDEO
05.12.2025Donald Tramp FIFA Sülh Mükafatına layiq görülüb - VİDEO
05.12.2025Qeyri-neft sektorundan vergi daxilolmaları artdı - İqtisadi canlanma, yoxsa vergi yükü?
05.12.20252029-a qədər çatışmazlıq olmayacaq: Bəs gələn il qiymətlər necə olacaq?
05.12.2025