BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
70155

Tez-tez iri market, alış-veriş şəbəkələri, geyim mağazaları tərəfindən verilən endirim elanları artıq həyatımızın bir parçasına çevrilib. Hər ay, xüsusilə də bayramqabağı dövrlərdə küçədə, sosial şəbəkədə, televiziyalarda, radiolarda, marketlərin öz tətbiqlərində “kampaniya”, “endirim” kimi sözlər ilə rastlaşırıq. Bu cür marketinq üsulları istehlakçının diqqətini cəlb etsə də, ortaya bəzi suallar da çıxır. Bir çox insan endirimin real olmamasını, endirimə köhnə, istifadə tarixinin bitməsinə az qalmış məhsulların çıxdığını vurğulayır. Ancaq bu endirimlərdən də yararlananlar az olmur.

Bu endirimlər həqiqətən qiymətlərin real ucuzlaşmasını əks etdirir, yoxsa inflyasiyanın təsirini gizlətmək məqsədilə həyata keçirilir? Endirimli məhsulların keyfiyyəti və istifadə müddəti dəyişirmi? 

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, sahibkarlar o zaman endirimlər edir ki, istədikləri həcmdə məhsulu istədikləri qiymətə sata bilmir:

“Əslində, endirimlərin edilməsi yaxşıdır. Lakin burda digər əsas məqam alıcıların endirim sözünə meyilli olmasıdır. Alıcılar daha çox endirimlər zamanı həmin ticarət obyektinə gedir. Bəzən də sahibkar görür ki, endirimlər etməsə, məhsulları sata bilmir. Davamlı endirimlər verəndə isə görür ki, müflis olacaq, ona görə də qiymət siyasətində də bunu nəzərə alır”. 

“Bu endirimlər həm də inflyasiyaya təsir etmək üçün edilə bilərmi” sualına cavab olaraq ekspert bildirib ki, sahibkarın məqsədi inflyasiyaya təsir etmək deyil, onun məqsədi malını sata bilməkdir:

“Mərkəzi Bank inflyasiyanın təsirləri ilə bağlı davamlı məlumat yayır. Bu məlumatlardan da görünür ki, inflyasiya yüksək olaraq qalır. Hazırda inflyasiya 5.9 faizdir. Bu isə keçən ildən daha çoxdur. 

Endirimlər zamanı isə bəzən qiyməti qaldıraraq, sonra endirmək olur. Çünki sahibkarın davamlı endirim verməsi onu müflis edə bilər”. 

Xalid Kərimli vurğulayıb ki, endirimlər bazarda alıcıların davranışına da təsir göstərir:

“Endirimlərə meyillilik alıcının psixoloji davranışıdır. Ona görə də sahibkarlar tez-tez bu metoddan istifadə edirlər”. 

Bəzən endirimə düşən məhsulların keyfiyyətsiz və vaxtı keçmiş olması ilə bağlı səsləndirilən fikirləri də şərh edən ekspert qeyd edib ki, sahibkarlar endirim edərkən məhsulu tez satmaq istəyir, amma bu o demək deyil ki, endirimə düşən məhsullar həmişə keyfiyyətsizdir:

“Çünki endirimlərdəki məhsulların qiymətindən asılı olmayaraq keyfiyyəti standartlara uyğun olmalıdır. Keyfiyyətsiz, vaxtı keçmiş məhsulu vətəndaşa satmaq olmaz. Ona görə də alıcılar fikirləşməsin ki, keyfiyyətsiz və vaxtı keçmiş məhsullar endirimə düşür. Lakin buna baxmayaraq istehlakçılar məhsul alanda diqqətli olmalıdır”.  

Günay

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin