BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.926
  • RUB
    2.1283
  • TRY
    0.0438
  • GBP
    2.2826
68677

Çin hökuməti ABŞ-ın yüksək rüsumlarına cavab olaraq 7 nadir torpaq metallarını ixrac nəzarətinə daxil edib. Bu addım, Pekinin ticarət danışıqlarında təsir imkanlarını artırmaq məqsədi daşıyır və Çinin nadir torpaq elementləri bazarındakı dominant mövqeyini siyasi alətə çevirdiyini göstərir.

Valyuta.az "Bloomberg"ə istinadə xəbər verir ki, bu metallar döyüş təyyarələrindən tutmuş nüvə reaktorlarına və ağıllı telefonlara qədər geniş istehsalat sahələrində əvəzolunmazdır. Çinin bu sahədə üstünlüyü isə getdikcə "geosiyasi çubuğa" çevrilir.

"Project Blue" tədqiqat mərkəzinin araşdırma direktoru Devid Merriman bildirib:

"Bu elementlər birbaşa kritik texnologiyaların və onları dəstəkləyən sahələrin inkişafına təsir göstərir. Çin beləliklə böyük bazarlarla aparılan istənilən danışıqlarda öz mövqeyini gücləndirə bilər".

Çin ixrac nəzarətinə hansı metallar əlavə olunub?

1. Terbium - Ağıllı telefon ekranlarında canlı rənglər və yüksək temperatur dayanıqlı maqnitlər üçün vacibdir. ABŞ Müdafiə Nazirliyinə görə, ən az tapılan nadir torpaq elementlərindən biridir. Çin terbiumun 85%-ni Yaponiyaya, qalan hissəsini isə Cənubi Koreya və ABŞ-a ixrac edir.

2. İtrium - Qaraciyər xərçənginin müalicəsində, stomatoloji lazerlərdə və yüksəktemperaturlu superkeçiricilərdə istifadə olunur. ABŞ-da Mauntin-Pass yatağından hasil edilsə də, emalı üçün Çinə göndərilir. ABŞ-ın itrio tərkibli maddə idxalının 93%-i Çindən gəlir.

3. Disprozium - Elektrikli nəqliyyat vasitələri və külək turbinləri üçün vacib maqnitlərin istehsalında istifadə olunur. Nüvə reaktorlarında nəzarət çubuqları üçün də uyğun materialdır. Çinin disprozium ixracatının yarıdan çoxu Yaponiyaya, cəmi 0,1%-i isə ABŞ-a göndərilir.

4. Qadolinium - MRT (maqnit rezonans tomoqrafiyası) müayinələrində istifadə olunan kontrast maddələrin tərkibində yer alır. Eyni zamanda elektron komponentlər, məlumat saxlama diskələri və nüvə reaktorlarında tətbiq olunur.

5. Lutesium - Neft emalı zavodlarında kimyəvi katalizator kimi mühüm rol oynayır. ABŞ bu metalla bağlı demək olar ki, tamamilə Çindən asılıdır.

6. Samarium - Müdafiə sənayesi üçün yüksək temperaturlara davamlı maqnitlərdə istifadə olunur. Optik lazerlərdə və nüvə reaktorlarında da geniş tətbiqi var.

7. Skandium - Bezbol çubuqları, velosiped çərçivələri və döyüş təyyarələrinin bəzi hissələri üçün istifadə olunur. Yüksək ərimə nöqtəsi və aşağı sıxlığı ilə seçilir.

Skandium və itrium birlikdə Çinin nadir torpaq metalı ixracının 14%-ni təşkil edir, əsas alıcısı isə Yaponiyadır.

Trampın tarifləri və Çinin cavabı

ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq etdiyi rüsumların ümumi dərəcəsi 145%-ə qədər yüksəlib. Pekin cavab olaraq Amerika məhsullarına qarşı tariflər tətbiq edib və nadir torpaq metalları üzərində nəzarəti sərtləşdirib.

Bununla yanaşı, Reuters xəbər verir ki, Çin Trampa qarşı ticarət müharibəsində beynəlxalq dəstək axtarır. Pekin diplomatları Yaponiyadan tutmuş Cənubi Koreyaya qədər bir sıra ölkələrlə əlaqələri gücləndirməyə çalışır.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ticarət bir daha heç vaxt əvvəlki kimi olmayacaq" - ECB prezidenti

QSC valyuta vəsaitlərini ölkəyə qaytarmadığına görə cərimə edilib

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

Adil Əliyev onu özünə yeni müavin təyin etdi

"Apple" ağıllı eynəklərinin buraxılış tarixi məlum oldu

“Azeri Med” daha bir tenderin qalibi seçildi

Avropa ölkəsi yeddi saatlıq iş rejiminə keçə bilər

Azad edilmiş ərazilərdə yaşayanların sayı açıqlandı

10 manatlıq şirkətin onluq vergi borcu üzə çıxdı

Bill Qeyts və Stiv Cobsun rəqabəti necə başladı? - Biznes filmləri

Pakistanın Baş naziri bu tarixdə Azərbaycana səfər edəcək

Süni intellekt kriptovalyutanı necə oğurlayır?

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Mərkəzi Bankın yeni binası 631 milyon manata başa gələcək

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yeni kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin