BAKU Azərbaycan
19.03°C
  • USD
    1.7
  • EUR
    1.9496
  • RUB
    2.1656
  • TRY
    0.043
  • GBP
    2.2799
70810

Səs, hərəkət və ekran sənətçilərini təmsil edən SAG-AFTRA həmkarlar ittifaqı "Fortnite" oyununda Ceyms Erl Consun səsi ilə canlandırılan "Darth Vader" obrazının süni intellekt vasitəsilə təqlid edilməsinə qarşı çıxıb. 

Valyuta.az xəbər verir ki, həmkarlar ittifaqı "Epic Games" şirkətinin hər hansı razılaşma aparmadan süni intellektdən istifadəyə keçməsini tənqid edir və bu addımı qeyri-ədalətli əmək praktikası kimi qiymətləndirir.

Şikayətdə oyunda istifadə edilən və Consun səsini imitasiya edən süni intellekt modelinin oyunçuların hərəkətləri və suallarına cavab verə bilməsi vurğulanır. SAG-AFTRA-nın mövqeyinə görə, üzvlərinin süni intellekt texnologiyasından öz razılıqları ilə istifadə etmə hüququna hörmət edilir, lakin bu texnologiyanın orijinal sənətkarların əvəzinə istifadə olunması mütləq kollektiv razılaşmalar çərçivəsində müzakirə olunmalıdır.

Həmkarlar ittifaqının açıqlamasında deyilir: "İkonik obrazların ritmini və tonunu əks etdirən səslərin, üzvlərimizin əməyi əvəzinə istifadə olunmasına qarşı çıxırıq və bunun müqabilində haqlarımızı qoruyuruq".

SAG-AFTRA, süni intellektin getdikcə daha çox iş qüvvəsinin yerini aldığı bir dövrdə bəzi üzvlərinin bu texnologiyadan narahat olduğunu bildirir. Həmkarlar ittifaqı aktyor performanslarının süni intellektlə təqlid edilməsinə köklü şəkildə qarşı deyil. Hətta bəzi süni intellekt şirkətləri ilə əldə edilən razılaşmalar sayəsində bu texnologiyaların üzvləri qoruyacaq xüsusi müqavilələrlə istifadəsi təmin olunur.

Lakin "Epic Games"in "Darth Vader" obrazında süni intellekt səsindən istifadə etmə qərarını SAG-AFTRA ilə əvvəlcədən razılaşdırmadan verməsi gərginliyə səbəb olub.

SAG-AFTRA bildirir ki, "Fortnite" oyununun istehsalçısı olan Llama Productions insan sənətçilər əvəzinə süni intellekt istifadə etməyi qərara alıb və bu addımı nə həmkarlar ittifaqına öncədən bildirib, nə də lazımi danışıqları aparıb. "Epic Games"dən məsələyə dair rəy alınmağa çalışılsa da, hələlik rəsmi açıqlama verilməyib.

Video-oyun sənayesində səs və hərəkət ifaçılığı sahəsində süni intellekt istifadəsi, sənətçilərin və yazıçıların da iştirak etdiyi əmək mübarizələrində əsas mübahisə mövzusuna çevrilib. SAG-AFTRA ilə oyun şirkətləri arasında interaktiv media müqavilələrinin danışıqları ötən il başa çatıb. 2023-cü ilin ikinci yarısından bəri davam edən bu grev həm aktyorlar, həm də ssenaristlər tərəfindən geniş şəkildə dəstəklənir.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı metrosu bu gün 2 saat artıq işləyəcək

Qarabaşağı Almaniyadan 11 manata, Qazaxıstandan 56 qəpiyə alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Qarabaşağı Almaniyadan 11 manata, Qazaxıstandan 56 qəpiyə alırıq - ÖLKƏLƏR, QİYMƏTLƏR

Avro və rubl ucuzlaşıb

"Unicapital”da “köhnə hamam, köhnə tas”- biznes itkiləri 375 milyonu ötdü

Azərbaycan ən çox bu ölkələrdən vafli alır

"Bitcoin" bir az da gerilədi - Altcoinlər də dəyər itirir

İşdə uğur qazanmağın yolu - Motivasiya niyə vacibdir? - SƏHƏR OXUSU

97 min manat borcu olan şirkət kimindir?

"OpenAI" xəbərdarlıq edir: ChatGPT vasitəsilə bioloji silahların yaradılması riski artır

Otellərin ulduz reytinq sistemi nədir?

Otellərin ulduz reytinq sistemi nədir?

Cəbrayılda xəstəxana tikintisi ilə bağlı daha bir tender

Azərbaycan startapı Clopos 800 min dollar investisiya alıb

Sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllim əlavə dərs saatı tələb edə bilər?

Süni intellekt ofislərdə yeni normaya çevirilir - ABŞ-da artıq 40 faizdir...

10 manatlıq şirkətin 109 min manat vergi borcu var

"Microsoft" "Windows 10"a dəstəyi dayandırır: İstifadəçilər imtina edir

Nazirliyin idarəsi bu şirkətdən 19 milyonluq dəftərxana və təsərrüfat malları alır

Bu MMC-nin baş direktoru əmək müqaviləsinə əməl etməyib

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

İcra başçısı ilə yanaşı bir il əvvəl təyin edilən müavini də tutulub - SİYAHI+FOTOLAR

Türkiyə "Google"a qarşı araşdırmaya başladı

48 saat əvvəl sifariş, 18 karatlıq qızıl qaşıqla servis ... - Status simvolu qida

Bu agentliyə məxsus avtomobil hərraca çıxarılır

Rəsmiyyə Həşimovaya vəzifə verildi

Sabah rəsmi iş günü olacaq - QƏRAR

Ötən sertifikasiyadan keçə bilməmişdi, bu il 59 bal topladı

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

2025-ci ildə səyahət edə biləcəyiniz ən az büdcəli 10 ölkə - Səyyah

Bu ölkədən ədədi 1845 manatdan binokl almışıq

"Apple" Trampın tələbinə baxmayaraq, Hindistanda "iPhone" istehsal edəcək

Ronaldo karyerası bitdikdən sonra necə qazanacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin