BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67490

İş həyatında yeniliklər bəzən insanı motivasiya edən bir başlanğıc, bəzən isə stress və qeyri-müəyyənliklə dolu bir proses ola bilər. Yeni işə başlamaq və ya iş yerini dəyişmək insanın həm peşəkar, həm də şəxsi həyatında ciddi dəyişikliklər yaradır. Hər bir iş mühitinin özünəməxsus qaydaları, mədəniyyəti və dinamizmi olur. Bu mühitə tez bir zamanda uyğunlaşmaq isə uğurlu karyera yolunun vacib mərhələsidir. Lakin hər kəs yeni işə, yeni mühitə tez bir zamanda alışa bilmir, uzun müddət lazım olur. 

Valyuta.az yeni işə başlayanlar və iş yerini dəyişdirənlər üçün bu mühitə tez bir zamanda alışmağın yollarını təqdim edir.

1. Mühiti müşahidə etmək və dinləməklə başlamaq

Yeni işə başlayanların buraxdığı ən böyük səhvlərdən biri çox tez adaptasiya olmağa çalışmaq və özünü sübut etməyə can atmaqdır. Halbuki ilk günlərdə ən vacib addım mühiti müşahidə etmək və diqqətlə dinləməkdir. İş yerində yazılmamış qaydalar, münasibət tərzləri, gündəlik davranış nümunələri və əməkdaşlar arasındakı münasibətlər gözlə görünməsə də, çox vacibdir. Kim necə ünsiyyət qurur, kim qərar verir, qeyri-rəsmi lider kimdir? Bu kimi sualların cavabı müşahidə yolu ilə tapılır.

2. Aktiv sosiallaşmaq, lakin ehtiyatlı davranmaq

Adaptasiyanın əsas elementlərindən biri sosiallaşmadır. Yeni mühitdə tanınmaq və qəbul olunmaq üçün komanda üzvləri ilə ünsiyyətə açıq olmaq önəmlidir. Lakin bu ünsiyyət tələsik və məcburi olmamalıdır. Sadə salamlaşmalar, qısa gündəlik söhbətlər, birgə naharlar və ya əməkdaşlardan birinə "yardım edə bilərəmmi?" sualı ilə başlayan münasibətlər, təbii və səmimi əlaqə qurmağın yollarıdır. Eyni zamanda ilk günlərdən şəxsi münasibətlərə girməkdən və hər kəslə dərhal yaxın dost olmağa çalışmaqdan çəkinmək lazımdır.

3. Suallar vermək və öyrənməyə açıq olmaq

Yeni başlayan biri üçün hər şeyi bilmək mümkün deyil. Bu səbəbdən çəkinmədən sual vermək, həm öz işini düzgün yerinə yetirməyə, həm də öyrənmə prosesini sürətləndirməyə imkan verir. Burada əsas məsələ odur ki, suallarınız konkret və yerində olsun. Eyni sualı dəfələrlə vermək yerinə, cavabları qeyd etmək, qeydlərlə işləmək daha effektivdir.

4. Qeydlər aparmaq və özəl “bələdçi” yaratmaq

Hər yeni proses, hər yeni qayda və tapşırıq yadda saxlamaq üçün qeydlərə ehtiyac duyur. Bir çox təcrübəli mütəxəssislər yeni işə başlayanlara “şəxsi bələdçi faylı” yaratmağı tövsiyə edir. Bu faylda istifadə etdiyiniz sistemlər, giriş şifrələri, tez-tez yerinə yetirilən prosedurlar və komanda strukturu kimi məlumatlar yer ala bilər. Bu, sizi həm sürətli öyrənən, həm də məsuliyyətli işçi kimi tanıdacaq.

5. Şəxsi hədəflər və ilk 30 gün planı

Adaptasiya prosesində zamanın düzgün planlanması da vacibdir. İlk bir ay üçün özünüzə sadə və real hədəflər təyin edin. Məsələn, həftə ərzində 3 əməkdaşla tanış olmaq, istifadə olunan əsas proqramla işləməyi öyrənmək, günün sonunda qısa hesabat hazırlamaq, 1 ayın sonunda rəhbərlə qısa görüş edib rəy almaq və.s. Bu cür qısa müddətli məqsədlər, həm sizə fokuslanmağa kömək edəcək, həm də irəliləyişinizi hiss etdirməklə motivasiyanı artıracaq.

6. Rəy almaq və açıq ünsiyyət

Adaptasiya yalnız müşahidə və uyğunlaşma ilə deyil, eyni zamanda düzgün rəy almaqla da formalaşır. İlk həftələrdə və ya ilk ayın sonunda rəhbərinizdən və ya yaxın əməkdaşlardan iş performansınız barədə qısa rəy almaq istəyin. Bu, sizin inkişaf etmək istədiyinizi göstərir və gələcəkdə ola biləcək yanlışlıqların qarşısını erkən mərhələdə almağa kömək edir.

7. Müsbət və elastik yanaşma

Nəzərə alın ki, hər iş mühitində çətinliklər, anlaşılmazlıqlar və gözlənilməz hallar olacaq. Bu vəziyyətlərdə panikaya düşmədən, pozitiv və elastik yanaşma nümayiş etdirmək sizi komandada arzuolunan bir şəxsə çevirəcək. Stressin öhdəsindən gəlmək üçün nəfəs məşqləri, qısa fasilələr və ya günün sonunda özünüzə kiçik mükafatlar da faydalı ola bilər.

Unutmayın ki, yeni iş mühitinə uyğunlaşmaq təkcə peşəkar bacarıqla deyil, eyni zamanda insanlarla münasibət qurmaq, özünü idarə etmək və öyrənməyə açıq olmaqla mümkündür. Adaptasiya bir prosesdir və hər kəs üçün fərqli zaman ala bilər. Əsas odur ki, bu prosesi şüurlu, mərhələli və özünəinamlı şəkildə keçin. Bu metodlarla həm özünüzü rahat hiss edəcək, həm də kollektivdə tez qəbul olunacaqsınız.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Magistraturaya ixtisas seçimi cədvəli açıqlandı

Məktəbəqədər təhsil məktəbdənkənar təhsil müəssisələrində də həyata keçiriləcək

DSMF-nin İdarə heyətinin sədrinə müşavir təyin edildi

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

Nəqliyyatda bank kartları ilə ödəniş edə biləcəyik

II və III qruplarda ən yüksək balı onlar topladılar - ADLARI

Mayın 25-də keçirilən qəbul imtahanının nəticəsi elan edildi

Maskın sərvəti 8 milyard insan arasında bölünsəydi, hərəyə nə qədər düşərdi?

Bu balığı İrandan 3 manat 91 qəpiyə alırıq

Tağı İbrahimovun səhhəti ağırlaşır - Vəkili həyati təhlükə barədə xəbərdarlıq edir

Ən etibarlı Çin avtomobilləri - Ekspertlər açıqladı

Təhsillə bağlı iki qanunda dəyişiklik edilir

Azərbaycanlı mayora Rusiyada vəzifə verildi

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

İllik təhsil haqqı 10 000 manat olan özəl məktəblər - SİYAHI

Sabahın hava proqnozu

70 manatlıq sənədin biznesmenlərə qazandırdığı üstünlüklər

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

“Bakı Metropoliteni”ndə yeni təyinat olub

Azərbaycanda illik inflyasiya proqnozu yeniləndi

Rusiyanın yeni milyarderi kimdir?

Rusiyanın yeni milyarderi kimdir?

İpoteka və Kredit Zəmanət Fondunda yeni TƏYİNAT

Mərkəzi Bank uçot dərəcəsini 7,25% həddində saxladı

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Orijinalı 130, saxtası 50 manata satılan trend oyuncaq - 126 milyon ədəd satılıb

Azərbaycanlı tələbə 100 min dollarlıq təqaüd qazandı

Bu instituta yeni direktor təyin olundu

Bakıda “Özbəkistan” parkı salınacaq

“Qurban payı” aksiyası çərçivəsində 376 ailəyə yardım edildi®

Dəniz dibini xəritələmək üçün 25 milyon dollar investisiya ayrıldı

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Maaşımız azalanda, işdən çıxaq, yoxsa gözləyək?

Sürücülərin nəzərinə! Bu prospektdə yeni radar quraşdırıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin