BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67372

Kredit reytinq agentliyi "Fitch Ratings" Almaniyanın iqtisadi böyüməsi davam etmədiyi təqdirdə kredit reytinqinin təzyiq altında qala biləcəyini açıqlayıb.

Valyuta.az-ın məlumatına görə, "Fitch Ratings" bəyan edib ki, Almaniyanın AAA kredit reytinqi infrastruktur və müdafiə sahələrinə yönəldiləcək böyük borclanmanın lazımi islahatlarla tarazlaşdırılmaması və ya bu xərclərin iqtisadiyyatda davamlı inkişafla nəticələnməməsi halında uzunmüddətli təzyiqlə üzləşə bilər.

Almaniyada Federal Məclis infrastruktur və iqlim layihələri üçün 500 milyard avro dəyərində xüsusi fond yaradılması və gələcəkdə müdafiə xərclərinin "borc məhdudiyyəti" qanunundan çıxarılması məqsədilə konstitusiya dəyişikliyini təsdiqləyib.

Yeni konstitusiya dəyişikliyinə əsasən, ölkənin müdafiəsinə ayrılan böyük xərclər borc məhdudiyyəti çərçivəsindən kənarda saxlanacaq. Həmçinin infrastruktur və iqlim hədəflərinə çatmaq üçün 500 milyard avroluq xüsusi fondun yaradılmasına icazə veriləcək.

Məclisin qərarı ilə Avropanın ən böyük iqtisadiyyatını canlandırmaq və Avrozonada böyüməni dəstəkləmək məqsədilə genişmiqyaslı borclanma artımına yaşıl işıq yandırılıb.

"Fitch"in təhlili

Beynəlxalq kredit reytinq agentliyi "Fitch Ratings"in "Almaniyanın xərcləmə planları: geosiyasi və iqtisadi böyümə problemləri üçün maliyyə resurslarından istifadə iradəsi" adlı təhlilinə görə, əlavə xərclər ölkə iqtisadiyyatının inkişafını dəstəkləyəcək və rəqabət qabiliyyətini artıracaq.

Bununla belə, "Fitch" əlavə xərclərin təkbaşına Almaniyanın uzunmüddətli iqtisadi artım perspektivlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasının mümkün olmadığını vurğulayıb. Buna görə də struktur islahatlarının aparılmasının və daha rəqabətli sektorların inkişafına diqqət yetirilməsinin vacibliyi qeyd olunub.

Gələn on il ərzində Almaniyada 900 milyard – 1 trilyon avro həcmində əlavə xərclərin gözlənildiyi bildirilib ki, bu da 2024-cü il göstəricilərinə əsasən ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 20 faizindən bir qədər çoxuna bərabər olacaq.

"Fitch" hesab edir ki, bu xərclər 2025-2027-ci illərdə ÜDM-in artımına təxminən 0,4 faiz bəndi töhfə verəcək.

Ötən il 118,8 milyard avro həcmində olan və ÜDM-in 2,6 faizinə bərabər olan büdcə kəsirinin isə 2027-ci ilə qədər ÜDM-in 4-4,5 faizinə yüksələcəyi proqnozlaşdırılır. Bu da ölkənin ümumi dövlət borcunun ÜDM-in 70 faizinə çatmasına səbəb olacaq. Lakin bu göstərici hələ də 2010-cu ildə qlobal maliyyə böhranı zamanı qeydə alınan 80 faizlik pik həddindən aşağı olacaq.

Paşa Məmmədli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Yas mərasimlərində yemək verənlər cərimələnəcək? - AÇIQLAMA

Azərbaycanla Çin arasında viza ləğv edildi - Prezident təsdiqlədi

Qazın qiymətini Tarif Şurası müəyyənləşdirməyəcək

“Son dəyişikliklərdə də Tarif Şurası ilə işbirliyimiz olub”

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin