BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.8431
  • RUB
    1.9726
  • TRY
    0.0463
  • GBP
    2.2001
67180

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyevanın Milli Preventiv Qrupunun üzvləri Elm və Təhsil Nazirliyinin nəznindəki E.Quliyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində və E.Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbində nöqsanlar aşkarlayıb.

Valyuta.az "AzEdu.az"a istinadən xəbər verir ki, planlı başçəkmələr zamanı müəssisələrin yataqxana, yeməkxana, tibb məntəqəsinə, sinif otaqları və digər inzibati otaqlarına baxış keçirilib, habelə uşaqların asudə vaxtının təşkili, qidalanma, içməli su təminatı və sənədləşmə işləri araşdırılıb. Hər iki müəssisədə uşaqlarla psixoloji işin aparılmasında istifadə olunan sənədlərdə məlumatların tam əks olunmadığı, 6 nömrəli Respublika xüsusi internat məktəbində bəzi dərman preparatlarının istifadə müddətinin bitdiyi, işıqlandırmanın normalara cavab vermədiyi, 9 nömrəli xüsusi internat məktəbində isə bəzi ərzaq məhsullarının yararlılıq müddətinin bitdiyi aşkar edilib.

Aşkar olunmuş problemlərlə bağlı müvafiq qanunvericilik və beynəlxalq sənədlərdə əks olunmuş tələblər diqqətə çatdırılmaqla, saxlanma şəraitinin və sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Başçəkmə zamanı müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə Elm və Təhsil Nazirliyinə müraciət olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Ferrari" sahibləri gəncləşir

"Apple"ın yeni sürprizi: "iPhone 17 Ultra" gəlir?

Məşhur ailələr "Volkswagen"dəki payını satılacaq?

"PepsiCo" 1,95 milyard dollara bu şirkəti alır - Məqsədini açıqladı

"Aqrarkredit"in 6 milyonluq əmlakı hərraca çıxarılacaq - Cədvəl

Dünyanın ilk .com domeni: Symbolics.com-a nə oldu?

Uzun tətildən sonra işə adaptasiya olmaq niyə çətindir?

Azərbaycanın ixracı son 1 ayda 1.2 mlrd. dollardan çox azalıb

İnnovasiya və Təchizat Mərkəzi milyon yarımlıq sərfiyyat malları alacaq

İcra hakimiyyəti tender kralından 18 minlik yanacaq alır

"Google Asistan" gedir, yerini "Gemini" tutur

Dövlət Reklam Agentliyi 43.2 min manata ofis icarəyə götürür

Azərbaycanda kompüter istehsalı 4 dəfəyə yaxın artıb

Əhalinin nominal gəlirləri 11 milyardı keçdi - Rəsmi

DİN əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

Səfərbərlik Xidmətinin əməkdaşlarının maaşlarının məbləği yeni redaksiyada təsdiqlənib

ADY-dən gedişhaqqının çox çıxılması iddiaları ilə bağlı açıqlama

Təmizlik idarəsi yarım milyonluq it yemi alır

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Azərbaycanın MDB məkanında daha çox ticarət apardığı ölkələr - SİYAHI

Mobil operatorların gəlirləri açıqlandı

Yoxsulluq insanın bioloji qocalmasını sürətləndirir

Sabiq məmurlar həbs edildilər

Bir elektromobilin orta idxal dəyəri 39 min dollara düşüb

7 milyonluq “Xaçmaz Aqropark” nizamnamə kapitalını azaldır

İnnovativ startaplar yerli bazarı hərəkətləndirir

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

100 min manatlıq ev alanda, nə qədər ƏDV geri qayıdır?

Bakıdan Sumqayıta ilk dəfə birmərtəbəli FLIRT qatarı istifadəyə veriləcək

Məşhur türkiyəli ekspert Bakıda təlim keçəcək - Beynəlxalq sertifikat veriləcək

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutuldu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin