BAKU Azərbaycan
24.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
67086

Hökumət nəqliyyat vasitəsinin mövcudluğunun ünvanlı sosial yardımdan imtinaya səbəb sayılmaması ilə bağlı təklifə münasibət bildirib.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.2-ci bəndinə əsasən, ailənin orta aylıq gəliri sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda sosial yardımın təyin olunmasından imtina edilir.

“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunun 1.0.6-cı maddəsinə əsasən ÜDSY-nin mahiyyəti gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə dövlət dəstəyinin göstərilməsidir.

Buna görə də, həmin Qaydaların 3.7.2-ci bəndinin ləğv edilməsi ÜDSY-nin mahiyyəti ilə uyğunluq təşkil etmir.

Qaydaların 3.7.4-cü bəndinə əsasən ailənin mülkiyyətində və ya İstifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir.

Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrdir.

Bildirilib ki, gündəlik tələbatlarını ödəyə bilməyən ailənin istifadəsində nəqliyyat vasitəsinin olması həmin ailənin “gizli”, bəyan edilməmiş gəlirlərinin olduğunu ifadə edir. Bununla yanaşı, beynəlxalq təcrübədə sosial yardımlar verilərkən aztəminatlılığı müəyyən edən müxtəlif filtrlərdən istifadə edilir ki, bunun da geniş istifadə ediləni ailənin nəqliyyat vasitəsinin olmasıdır.

©apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Yas mərasimlərində yemək verənlər cərimələnəcək? - AÇIQLAMA

Azərbaycanla Çin arasında viza ləğv edildi - Prezident təsdiqlədi

Qazın qiymətini Tarif Şurası müəyyənləşdirməyəcək

“Son dəyişikliklərdə də Tarif Şurası ilə işbirliyimiz olub”

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib - FOTOLAR

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib - FOTOLAR

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin