
14.03.2025 / 11:21
Bu tarixdən Səmərqəndə uçuşlar bərpa edilir
67057
Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir.
Valyuta.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay