BAKU Azərbaycan
30.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
65739

İşə qəbul vakansiyalarında ən çox olunan tələblərdən biri də tez və effektiv qərar qəbul etmə bacarığının olmasıdır. Fikir versək, güclü liderlərin çoxunda bu bacarıq var. Maraqlıdır, bu bacarıq iş həyatımıza necə təsir edir? Effektiv və cəld qərar verməyi necə bacaraq?

Valyuta.az sizin üçün qərar vermə bacarığının iş həyatımıza təsirini, tez və effektiv qərar vermək yollarını araşdırdı. 

Qərar vermək iş həyatında müvəffəqiyyət üçün çox əhəmiyyətlidir. İş yerində verilən qərarlar həm təşkilatın ümumi iş performansını, həm də fərdi işçilərin motivasiyasına və məhsuldarlığına təsir edir. Demək ki, iş həyatında daha uğurlu olmaq üçün tez və effektiv qərar qəbul etməyi bacarmaq lazımdır. Qərarların tez verilməsi bəs etmir, eyni zamanda düzgün qərar vermək lazım olur. Çünki  tez və düzgün verilən qərar məhsuldarlığın effektini artırır, işin daha sürətli və səmərəli aparılmasına kömək edir. İşçilər qərarları tez qəbul etdikdə, layihələr daha sürətli irəliləyir və iş yeri daha məhsuldar olur.

Düzgün qərar vermək liderlərin imkanlarını genişləndirir

Tez qərar vermə bacarığı liderlərin dəyişən bazar şərtlərinə və yeni imkanlara sürətlə uyğunlaşmalarını təmin edir. Bu, şirkətlərin bazar lideri olmasına və yeni imkanlardan yararlanmasına kömək edir. Beləliklə, qərar vermə prosesində doğru seçimlər etmək, riskləri əvvəlcədən görə bilmək və onlara qarşı hazırlıqlı olmaq işin gələcəyini təhlükəsiz edir. Düzgün qərar verən lideri olan işçilərin daha çox motivasiya olmasına səbəb olur. Çünki işçilər liderlərin qərarları açıq və səmərəli qəbul etdiyini görürlər, bu da onların işə olan bağlılığını artırır. Təsirsiz qərarlar isə gələcəkdə böyük problemlərə yol aça bilər.

Necə tez və effektiv qərar verə bilərik?

Tez və effektli qərar vermək üçün əvvəlcə hansı məsələnin daha vacib olduğunu müəyyənləşdirmək lazımdır. Prioritetləri təyin edərək daha sürətli qərar qəbul etmək olar. Hər bir qərarın işin hədəfləri ilə nə dərəcədə əlaqəli olduğunu müəyyənləşdirmək vacibdir. Qərar qəbul edərkən məqsədyönlü yanaşın. Hədəfləri müəyyən edin və qərarları bu hədəflərə uyğun olaraq qəbul edin. Çoxsaylı seçimlər arasında ən az riskli olanı tez seçmək ən doğrusudur. Tez qərar vermək üçünsə doğru məlumatlara sürətli şəkildə çatmaq ən əhəmiyyətli məlumatları toplayaraq sürətlə təhlil etmək və  yalnız əsas məlumatları seçmək düzgün məlumatları seçmək lazımdır. 

Təşviş yanlış qərarlar gətirir

Bəzi insanlar qərar qəbul edərkən təşvişə düşürlər. Bu isə düzgün qərar verməyi gecikdirə, ya da səhv qərar verməyə səbəb ola bilər. Lakin emosional vəziyyətə hakim olmaq vacibdir. Öz emosiyalarınızı idarə etməyi öyrənin, bu, daha soyuqqanlı qərarlar verməyə kömək edəcəkdir. Təzyiq altında olsa da, soyuqqanlı qalmağa çalışın və uzun müddətli nəticələri nəzərə alaraq qərar verin. Bəzi qərarlar təkbaşına vermək yerinə, komanda ilə müzakirə etmək daha doğru ola bilər. Çoxsaylı fikir və yanaşmalar, ən yaxşı qərarı tapmağa kömək edə bilər. Qərar vermə bacarığını təkmilləşdirmək üçün təcrübənizdən istifadə edin. Hər səhv, gələcəkdə daha sürətli və düzgün qərar qəbul etməyə kömək edəcəkdir.

Kitablar effektli qərar verməyə kömək edir

Tez və effektli qərar vermək üçün yazılmış bəzi kitablar var. Həmin kitabları oxuyaraq gələckdə daha tez və düzgün qərar verə bilən liderlərdən ola bilərsiniz. Məsələn, " Daniel Kahnemanın yazdığı “Thinking, Fast and Slow" kitabında insanların sürətli qərar vermə bacarığının zəif tərəfləri və necə yaxşılaşdırılacağı barədə geniş müzakirə aparılır. Rolf Dobellinin "The Art of Thinking Clearly" kitabı insanların qərar vermə zamanı qarşılaşdıqları ümumi təhrifləri və səhvləri izah edir. Kitab qərar vermə bacarığını inkişaf etdirmək istəyənlər üçün çox faydalıdır. Chip Heath, Dan Heathın "Decisive: How to Make Better Choices in Life and Work" kitabı qərar vermə prosesini daha yaxşı idarə etməyin yolları və insanların qarşılaşdığı qərar zəifliklərini aradan qaldırmaq üçün praktiki yanaşmalar təqdim edir.

Sərvanə Rəmixanova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

"Meta" bu şirkətə milyardlarla dollar investisiya yatırmağı planlaşdırır

Azərbaycanda Rusiya istehsalı olan avtomobillərə maraq necədir?

Dünyanın ən iri sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi

"Bitcoin" 106 min dollara yaxınlaşır

Müdirinizin sizi işdən çıxarmaq istədiyini göstərən 8 əlamət - SƏHƏR OXUSU

Azərbaycanın bu bölgəsində siqaretə sərf olunan pul təhsil xərclərindən 3 dəfə çoxdur

Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər - TAM SİYAHI

Fond 4 ədəd avtomobil alır - 152 min manat ayrılıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Bu ölkə Azərbaycana kiloqramı 15 manatdan midi satıb

Tikinti materialları bazarında qiymətlər - Vəziyyət necədir?

Dələduzların göndərdiyi mesajlar: Hər kəsin yadda saxlamalı olduğu xəbərdarlıq

Əhali ən çox nələrə pul xərcləyir? - SİYAHI

Avtomobil nəhəngi dron istehsalına başlayacaq

Pensiyalar ilə bağlı MƏLUMAT

Pensiyalar ilə bağlı MƏLUMAT

Pul xərcləməyin mənasız olduğu 5 sahə - Milyarderdən tövsiyə

Azərbaycanın 100 milyon dollar ayırdığı məhəllə ilə bağlı XƏBƏR - FOTO

Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

Yeni dələduzluq növü: Mərkəzi Bank rəhbərinin adından saxta sənəd hazırlayıblar (FOTO)

Zehni bulanıqlıq, unutqanlıq, diqqət çatışmazlığı - “Beyin dumanı” nədir və necə azaldılır?

Evdə "Wi-Fi" istifadə edən hər kəsin DİQQƏTİNƏ

Marketinq zəka işidir

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Azərbaycan bu ölkəyə atın 1-ni 409 manata satıb

Yerli əncir tələbi qarşılamır: maraq azalır?

Azərbaycan turizmi Cənubi Koreyada təqdim olunur

Baxça biznesi satılır - QİYMƏT

Sevgidən yaranan ideya milyardlarla dəyər qazandı - Zoomun qurucusunun uğuru

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin