BAKU Azərbaycan
29.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
65364

Alfred Nobelin vəsiyyəti əsasında baş tutan və 1901-ci ildən bəri keçirilən Nobel mükafatı kimya, fizika, fiziologiya və tibb, ədəbiyyat, iqtisadiyyat və sülh üzrə verilir.

6 nominasiyanın hər biri üzrə 3 nəfərə verilən bu mükafatın məbləği isə təxminən bir milyon dörd yüz min ABŞ dollarına bərabərdir. Hər il bir çox ölkə, o cümlədən Azərbaycan mükafatın nominasiyaları üzrə öz namizədlərini təqdim edir.

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov builki namizədlərlə bağlı Ölkə.Az-ın suallarını cavablandırıb.

O bildirib ki, bu il Azərbaycandan 5 nəfərin namizədliyi irəli sürülüb:

"Bu il 5 nəfər namizədimiz var. Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə sülh mükafatı üzrə namizəd göstərilib. Bundan əlavə, tibb sahəsi üzrə namizədimiz tibbi biologiya elmləri doktoru, professor Yaşar İbadov, kimya üzrə kimya elmləri doktoru Adil Qəribov, fizika üzrə isə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin professoru, fizika-riyaziyyat elmləri doktoru Sərhəddin Abdullayevdir."

B.Ələsgərov daha bir nəfərin isə ədəbiyyat üzrə namizədliyinin təqdim edildiyini bildirib:

"Bu, yeni kadrdır. Nobel nizamnaməsinə əsasən İlk dəfə namizəd göstərilən şəxsin adı açıqlanmır. Biz onun adını yalnız 3-4 ildən sonra deyə bilərik, amma hələlik gizli saxlanılır. 

Adı açıqlanmasa da, onu deyə bilərik ki, fransız ədəbiyyatında Şərq mövzusu üzrə tədqiqatlar aparıb".

Allahşükür Paşazadə

Yaşar İbadov

Sərhəddin Abdullayev

Adil Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Yas mərasimlərində yemək verənlər cərimələnəcək? - AÇIQLAMA

Azərbaycanla Çin arasında viza ləğv edildi - Prezident təsdiqlədi

Qazın qiymətini Tarif Şurası müəyyənləşdirməyəcək

“Son dəyişikliklərdə də Tarif Şurası ilə işbirliyimiz olub”

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib - FOTOLAR

“PAŞA Holdinq”in sığorta şirkətlərinin rəhbərləri yerdəyişmə edib - FOTOLAR

Bu yol bağlanır - Körpü təmir olunacaq

Azərbaycanda işığın qiyməti ilə bağlı YENİ QANUN

Bu hallarda qaz verilişi dayandırılacaq

Azərbaycanda qaz təchizatı sektorunda 8 növ qiymət müəyyənləşdirilir

Azərbaycanda bu sektorda sabit tarif tətbiq olunacaq

Niyə kapitalizmdən əl çəkə bilmirik?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin