BAKU Azərbaycan
20.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
64830

Son illərdə kibertəhlükəsizliklərin miqyası genişlənib və bu qlobal miqyasda ciddi məsələlərdən birinə çevrilib. Qonşu dövlətlərdə və digər ölkələrdə fərqli kiberhücum növlərinin yarandığını görürük.

Yəni başqa hansı kiberhücum növü var ki, onlar digər ölkələrdə aşkarlanıb, amma Azərbaycanda hələ rast gəlinməyib?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasov Valyuta.az-a bildirib ki, kibertəhlükəsizliyin daim inkişaf edən texnologiyalarla ayaqlaşması zərurəti günümüzün reallığıdır:

“Hazırda müxtəlif istiqamətlərdə kibertəhlükəsizlik problemləri mövcuddur və süni intellekt bu sahədə mühüm rol oynamağa başlayıb. Təəssüf ki, kiberdələduzlar da texnologiyanın imkanlarından istifadə edərək öz məqsədlərinə çatmaqda daha peşəkar olurlar. Bu tendensiya rəqəmsal səriştəsizliyin kifayət qədər geniş yayılması ilə əlaqədardır”.

E.Abbasovun sözlərinə görə dünyanın bir çox ölkəsində süni intellekt texnologiyalarından istifadə edərək səs eyniləşdirilməsi və yaxın qohumların adından istifadə olunması kimi kiberdələduzluq üsulları geniş yayılıb: 

“Hələ ki Azərbaycan dilində səs eyniləşdirilməsi tam mümkün deyil. Mövcud texnologiyalar əsasən türkcə və ya rusca səsləri daha yaxşı tanıyır. Lakin yaxın gələcəkdə, həm səs, həm də görüntü eyniləşdirmə texnologiyalarının Azərbaycan dilində də tətbiq olunacağı gözlənilir. Bu texnologiyanın inkişafı ilə yeni kibertəhlükələr ortaya çıxa bilər.

2025-ci ildə süni intellektlə bağlı kibertəhlükəsizlik məsələlərinin daha da aktuallaşacağı proqnozlaşdırılır. Xüsusilə yaxın doğmalarınızın görüntüsü və səsi ilə manipulyasiya edilərək sizə fövqəladə hadisə, qəza və ya digər təcili situasiyalar bəhanəsi ilə zənglər edilə bilər. Bu cür kiberdələduzluq metodları qurbanları psixoloji təsir altında qərar verməyə məcbur edir və daha inandırıcı olur”.

E.Abbasov hazırda Azərbaycanda kiberdələduzluğun daha primitiv formaları geniş yayıldığını qeyd edib:

“Məsələn, vətəndaşlara müxtəlif dövlət qurumlarının və ya bank sektorunun əməkdaşları adı ilə zənglər olunur və onların şəxsi məlumatları ələ keçirilməyə çalışılır”.

“Bu kimi risklərə qarşı vətəndaşların maarifləndirilməsi və rəqəmsal təhlükəsizlik biliklərinin artırılması vacibdir. Müvafiq qurumlar bu istiqamətdə müxtəlif layihələr həyata keçirsə də, fərdi ehtiyatlılıq və texnoloji trendlərdən xəbərdar olmaq hər bir insan üçün vacibdir. Kiberdələduzluq halları ilə qarşılaşmamaq üçün hər hansı naməlum zənglərə, şübhəli mesajlara və gözlənilməz təcili müraciətlərə qarşı diqqətli olmaq tövsiyə olunur”, - deyə o, vurğulayıb.

Maya Hüseynova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Google" "Chrome"un rekord sürətlə işlədiyini deyir, amma istifadəçilər narazıdır

3,1 milyon manat vergi borcu olan “Nubosta Trade” kimindir?

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Yaradılıb və unudulub: Ekspertlər qeyri-aktiv hesabların təhlükəsini açıqladı

Çin banklara "Labubu" kuklaları ilə müştəri cəlb etməyi qadağan etdi

“İnvest-Azem"in rəhbərinə “stop” qoyuldu

Məhkəmə “Euro Sport”u cərimələdi

Bələdiyyələrdə auditlər – 2024-cü ilin statistikası nə deyir?

Bakıdan bu istiqamətə əlavə reyslər təyin edildi

Azərbaycanda uşaqların sayı niyə azalıb? - İqtisadçı ekspert

Üç gün iş olmayacaq

Üç gün iş olmayacaq

Koreya alimləri metal istifadə etmədən elektrik mühərriki yaratdı

Ən yüksək balı bu məktəbin şagirdi toplayıb

Bakıda "ipoteka dələduzluğu" - Hərbçinin 18 000 manatını necə "yedilər"?

Rektor özünə müşavir TƏYİN ETDİ

2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyası təsdiq edilib

Bu imtahanların nəticələri açıqlandı

Bu şirkət 1500 manat cərimələndi

“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Mənzili olub orada yaşamayan şəxs sabit tarif ödəyəcək

"Formula 1" Azərbaycan Qran-Prisi üçün bilet qiymətləri açıqlandı

İşıq və qaz puluna dair sabit tarifin mahiyyəti nədir?

Bakıda yenicə açılışı olan klinika fantastik qiymətə satışa çıxarıldı

Dünyanın ən bahalı F1 avtomobilləri

Dünyanın ən bahalı F1 avtomobilləri

Bu universitetdə üç yeni ixtisas açıldı

Hərbi Prokurorluqda YENİ TƏYİNAT

Əli Əsədov: Son 20 ildə Azərbaycan iqtisadiyyatına 338 milyard dollardan çox investisiya yatırılıb

Azərbaycanın 700 bal toplayanları - 116 nəfər indi harada işləyir və necə yaşayır?

La Liqanın ən bahalı heyətləri - SİYAHI

19 yaşında tapdığı problem onu milyarder etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin