Xəbər
29.02.2024 / 13:13
Azərbaycanda bu şirkətdən 5 milyon manata yaxın pul çıxarıldı
43309
"Azərbaycan Lizinq Şirkəti" Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını kəskin azaldıb.
İqtisadiyyat.az xəbər verir ki, şirkət nizamnamə kapitalını 4 989 000 manat azaldaraq 11 000 manat məbləğində müəyyən edib.
Şirkətin indiyədək nizamnamə kapitalı 5 milyon manat olub.
Xatırladaq ki, "Azərbaycan Lizinq Şirkəti" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi İbrahimov Hikmət Mürşüd oğludur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay