BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
38692

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında 60,8 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilib.

Valyuta.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsindən  bildirilib ki, neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 7,8 faiz artıb. Sənaye məhsulunun 67,9 faizi mədənçıxarma sektorunda, 26,8 faizi emal sektorunda, 4,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4,3 faiz artıb.


Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 82,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 74,3 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 52,1 faiz, maşın və avadanlıqların istehsalı 37,4 faiz, tikinti materiallarının istehsalı 29,8 faiz, içkilərin istehsalı 27,5 faiz, poliqrafiya məhsullarının istehsalı 26,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, hazır metal məmulatlarının istehsalı 19,2 faiz, kağız və karton istehsalı 18,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 12,7 faiz, elektrik avadanlıqlarının istehsalı 10,3 faiz, qida məhsullarının istehsalı 9,8 faiz, tütün məmulatlarının istehsalı 9,6 faiz, neft məhsullarının istehsalı 8,4 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,3 faiz, mebel istehsalı 5,7 faiz, əczaçılıq məhsullarının istehsalı 1,1 faiz artıb, sair nəqliyyat vasitələrinin istehsalı 9,9 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 11,4 faiz, sair sənaye məhsullarının istehsalı 12,0 faiz, geyim istehsalı 13,3 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 17,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 22,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,4 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 16,0 faiz artıb.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünyada yen kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Qızıl dövr bitdi - Yeni dəyişiklik onların cibinə necə təsir edəcək?

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Gündə 1000 000 000 dollar qazanırlar - FOTO

"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

"Android 16" fotolarınızın üzərinə "yağış yağdıracaq"

TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub®

İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

Dünyada ən çox hansı markanın qulaqlıqları satılır? - Açıqlandı

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Bakıda icra başçısı məktəb direktorunu özünə müavin təyin etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin