
23.05.2025 / 13:35
Dünyada ən çox hansı markanın qulaqlıqları satılır? - Açıqlandı
70962
2025-ci ilin ilk rübündə dünyada 78 milyon ədəd simsiz qulaqlıq satılıb.
Valyuta.az xəbər verir ki, “Canalys”in məlumatına görə, bazarın lideri 18,2 milyon satışla “Apple” olub və 23,3 faizlik pay əldə edib. İkinci yerdə 9 milyon satışla “Xiaomi” (11,5%), üçüncü yerdə isə 5,6 milyon satışla “Samsung” (7,1%) qərarlaşıb. “Huawei” 6%, Hindistanın “boAt” markası isə 4,9% bazar payına sahib olub.
“Apple”ın “AirPods Pro” və “AirPods Max” modelləri, “Xiaomi”nin “Buds 5 Pro” və “Redmi Buds 6”, eləcə də “Samsung”un “Galaxy Buds3 Pro” və “Buds FE” modelləri bazarda fərqlənən məhsullar arasında yer alıb. Digər markalar ümumilikdə bazarın 47,2 faizini təşkil edib.
Sərvanə Rəmixanova
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay