Statistika
29.11.2023 / 10:54
Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 12%-dək azalıb
37458
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 813 480,7 min manat təşkil edib, bu da illik müqayisədə 11,8% azdır.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən “bildirilib. 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 922 225,5 min manat səviyyəsində olub.
Qeyd edək ki, cari ilin yanvar-sentyabr aylarında magistral neft kəmərləri ilə 29 787,7 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 8,3% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 238 913,7 min manat təşkil edib, bu da illik müqayisədə 3,4% çoxdur.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay