
Elektromobil idxalında eniş - 23 milyon dollarlıq azalma olub
2025-ci ilin yanvar-aprel ayında Azərbaycana 609 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.
Valyuta.az statistik mənbələrə istinadən xəbər verir ki, bu avtomobillərin idxalı üçün ümumi 20 milyon 411.30 min ABŞ dolları dəyərində xərc çəkilib.
Qeyd edək ki, ötən ilin eyni dövründə isə Azərbaycana 1012 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib və bu idxalın dəyəri 43 miloyn 429.20 min ABŞ dolları təşkil edib.
Hesablamalara əsasən, illik idxal göstəriciləri azalmanın olduğunu deməyə əsas verir. Belə ki, illlik müqayisədə Azərbaycana gətirilən sözügedən nəqliyyat vasitələri 403 ədəd və ya 39,8% azalıb .
İllik müqayisədə Azərbaycan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinə 23 milyon 0.17.9 min ABŞ dolları və ya 53% daha az xərc çəkib.
Sərvanə Rəmixanova
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay