BAKU Azərbaycan
27.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
35209

Biznesə başlayanda, biznesin çətinlikləri olanda sahibkarların bir həll yolu da borc, kredit götürmək olur. Batan biznesləri belə, borclarla xilas etməyə çalışan sahibkarlar da az deyil. Nəticədə külli miqdarda borcları yığılan sahibkaları görə bilirik. Bəs biznes adamlarının borclanmaya yanaşması necə olmalıdır?

İdarəçi, “SAT Group” şirkətinin həmtəsisçisi və biznes konsultant Anar Bayramovun Valyuta.Az-a açıqlamasına görə, borcla biznesə başlamaq kifayət qədər normaldır: “Şirkətin fəaliyyətə başlaması üçün iki cür maliyyələşmə növü var: borc və sahibkar kapitalı hesabına. Situasiyadan asılı olaraq bunların hər biri seçilə bilər. Bəzi sahələr investisiya tutumlu olduğuna görə, biznesə başlamaq çox vəsait tələb edir. Məcbur bir hissəsinin borcla maliyyələşməsinə ehtiyac duyulur. Buna neqativ baxa bilmərik, normal haldır”.

Eləcə də bax: Çox pul xərcləməyin, borc almağa meyilliyin səbəbi nədir?

Biznesə başlamaq üçün hansı məbləğdən yüksək borc normal sayılmır? Anar Bayramov bildirdi ki, borcun yüksək həddi quracağınız biznesdən asılıdır: “Borcun optimal həddi situasiyadan, sektordan və şirkətdən asılıdır. Burada əsas məsələ odur ki, düzgün bazar araşdırması olsun, düzgün hesablansın ki, həmin borc nə qədər müddətə qaytarıla biləcək. Düzgün proqnozlaşdırmaq lazımdır ki, şirkətin nə qədər gəliri olacaq ki, həmin borc qaytarıla bilsin. Yəni borc əsaslandırıla bilən səviyyədədirsə, ziyanı yoxdur”.

Eləcə də bax: 1000 manatla biznes quraq, yoxsa kursa gedək?

Biznes adamlarının ən çox borclanmaları bizneslərin batan dövründə olur. Borclarla xilas etməyə çalışırlar, ancaq alınmır. Anar Bayramov, təcrübəsində hətta borcla batan biznesi xilas edənlərə də rast gəldiyini söylədi: “Biznes adamı borc götürürsə, təbii ki məntiqli şəkildə yanaşaraq bunu edir, yəni etməlidir. Batmaqda olan biznesi borc, kreditlə maliyyələşdirmək arzuolunan deyil. Çünki biznes batır və sən üstəlik üzərinə əlavə borclar götürmüş olursan. Məntiqli şəkildə addım atıb, bu dönəmdə də müəyyən bir limiti keçməmək şərtilə borc götürmək olar. Çünki bəzən həqiqətən də başqa çarə olmur. Təcrübədə də görmüşəm ki, bəzi hallarda batan biznesi borcla xilas etmək mümkün olub. Yəni ölçülmüş addımlar atmaqla, buna da getmək olar. Ancaq sən borc götürüb ayaqda saxlamağa çalışırsan, amma biznes batmağa davam edirsə, davamlı borclarla ayaqda saxlamaq düzgün deyil”.

Nuray

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Türk lirəsi bahalaşdı

"Bitcoin" 110 min dollara yaxınlaşır - Altcoinlər dəyərlənir

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir - SƏHƏR OXUSU

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Rəqabətli əmək bazarında şəxsi brendə sahib olmaq niyə vacibdir?

Bu şəxslərə ildə 1440 manat verilir –Bir şərtlə

Sabah hava necə olacaq?

Azərbaycana zərərli makaronlar gətirilib?- Rəsmi açıqlama

Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

13 yaşında günə 150 dollar qazanan, ABŞ-də şirkəti birinci seçilən azərbaycanlı

Böyük Britaniya tədqiqat və inkişaf üçün 116 milyard dollar ayıracaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin