BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
32476

“Gələcəyin uğurlu peşə və ixtisasları hələ bizim bilmədiyimiz, ortada olmayan peşələrdir”. 

Bu sözləri Valyuta.az-a təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov gələcəyin uğurlu peşələri haqqında danışarkən deyib. 

Ekspert bildirib ki, bizim bu istiqamətdə sadəcə təxminlərimiz var:

“Elmin, texnologiyanın, cəmiyyətlərin getdiyi istiqamətdə müəyyən təxminlər çoxdur. Ancaq bunlar təxmindir, gələcək bizi sürprizlərlə qarşılayır”. 

Qoşqar Məhərrəmov deyib ki, gələcəyin peşələri haqqında danışarkən iki məsələyə diqqət etmək lazımdır:
 
“Bu məsələlərdən biri texnologiyanın inkişafı, digəri də insanın yalnızlaşmasıdır. Texnologiyanın inkişafı kompüter elmlərini, robotexnikanı aktual edir. Bununla da kompüter texnologiyası və süni zəka kimi sahələrin digər sahələrə inteqrasiyasını əhatə edən peşələr aktual olur. 
Məsələn, informasiya-komunikasiya texnologiyalarının, yüksək elmi yükə malik olan texnologiyaların tibbə, kənd təsərrüfatına, virtual oyun sənayəsinə inteqrasiyası və s. bu kimi ixtisaslar aktualdır. 

İkinci məsələ isə insanın yalnızlaşmasıdır. Bu prosesdə mentorluq, psixologiya, kouçinq kimi sahələr hazırda da aktualdır və bu artacaq. Mentor və kouç olacaq insanlar üçün müəllimlik aktual olaraq qalacaq. Hər bir halda bir rəhbərə, fasilitatora, yol yoldaşına ehtiyac olacaq. Müəllimin mövqeyi bu formada dəyişir. Əgər müəllim mövqeyini bu formada dəyişsə, o zaman onun da peşəsi aktual olaraq qalır. Amma ənənəvi öyrədici müəllim tipində qalsa, əlbəttə ki, həmin şəxslər işini itirər. Bundan əlavə, ənənəvi ixtisaslardan tibb hər zaman öz aktuallığını qoruyur”. 

Ekspert əlavə edib ki, ən aktual peşələr yüksək elm, texnologiya daşıyan kompüter elmləridir:

“Sıradan çıxan peşələr isə ənənəvi mühasibatlıq, ənənəvi həkimlərin resept yazması, insanların hüquqi proseslərdə ərizələrini, sənədlərini yazma, tərcüməçilik kimi peşələr olacaq. Çünki onların bir çoxunu robotlar edəcək. İstehsalat sektorunda isə az adama, yalnız robotları idarə etmək üçün insanlara ehtiyac olacaq. Buna görə də insanlara artıq fərqli səriştə və bacarıqlar lazımdır ki, onlar fiziki əməklə məşğul olan robotu idarə edə bilsin”.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Dünən bank kartlarından oğurluq edilməyib

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Müavinət və təqaüdlər bu tarixdə artırılacaq

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib-düşə biləcəyik

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Türk lirəsi bahalaşdı

"Bitcoin" 110 min dollara yaxınlaşır - Altcoinlər dəyərlənir

Biznesini Rusiyada dayandırdı, amma hazırda 48 ölkədə fəaliyyət göstərir - SƏHƏR OXUSU

CV-də qeyd etməli olduğunuz ən yaxşı 10 bacarıq

Bu məhsul Azərbaycana ucuz gəlir, baha satılır

Tərkibində qızıl tozu olan kürünün 1 kiloqramı 193 min manata satılır

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

Çində çat-botlar vacib imtahanlar zamanı məktəblilərə kömək etməyi dayandırdı

17 yaşında dünyanın ən bahalı futbolçusu oldu

Direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi (FOTO)

19 yaşında qurduğu brendi indi 230-dan çox ölkədə satılır

Bu ölkədən gənəgərçək yağını 6 min manata alırıq

"Amazon"un baş direktoru gənclərin 20 yaşlarında yol verdiyi əsas səhvi açıqladı

Dahilərdən pul haqqında 10 sitat

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

Kreditlə avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ

126 minlik dələduzluqda təqsirləndirilən həkimlərə HÖKM OXUNDU

Bu ölkə Azərbaycana 20 manatdan noxud satıb

Azərbaycanda ən yüksək və ən aşağı maaş olan rayonlar (SİYAHI)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin