BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
31072

Bakı indi Avropa və Asiya şəhərlərinə büdcəli səyahət etmək üçün daha çox imkanlar təklif edir. Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aşağıbüdcəli aviaşirkətlərin sayı 15-ə çatıb.

Valyuta.az xəbər verir ki, bunu Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov bildirib.

T.Həsənov qeyd edib ki, büdcəli səyahət edənlərin ehtiyaclarını ödəmək üçün daha çox aviaşirkətin cəlb edilməsi istiqamətində işlər fəal şəkildə davam etdirilir.

2023-cü ilin birinci yarısında Bakı hava limanına uçuşlar həyata keçirən aviaşirkətlərin sırasına “RedWings”, “WizzAir Malta”, “Flyadeal” və “Air Cairo” əlavə olunub. Bu gün Bakıdan Ankara, İstanbul, İzmir, Dubay, Şarja, Dammam, Ciddə, Ər-Riyad, Əbu-Dabi, Aktau, Tel-Əviv, Budapeşt, Roma və s. kimi müxtəlif şəhərlərə aşağıbüdcəli aviaşirkətlərlə səyahət etmək mümkündür.

“Bu məlumatlar yeni aviaşirkətlərin cəlb edilməsi və sərnişinlər üçün imkanların genişləndirilməsi istiqamətində gedən davamlı fəaliyyətimizi təsdiqləyir. 2019-cu ildən etibarən xarici aşağıbüdcəli aviaşirkətləri seçən sərnişinlərin sayı 29%-ə yüksəlib. Biz bundan sonra da büdcəli səyahətlər üçün yeni perspektivlər açmağa və Bakını daha da əlçatan və cəlbedici turizm məkanına çevirməyə davam edəcəyik.” – deyə Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru vurğulayıb.

Ölkəmizin regional hava limanlarını xarici aviaşirkətlərə baza aeroportu kimi təqdim etməyə hazır olduğunu bildirən Teymur Həsənov qeyd edib ki, bu aeroportların imkanlarından istifadə edilməsi istiqamətində addımlar atılır, bu da Azərbaycana/Azərbaycandan yeni istiqamətlərin açılmasına töhfə verir.

Azərbaycanın beynəlxalq hava limanlarına yeni aviadaşıyıcıların cəlb edilməsi ölkədə beşinci və yeddinci qrup hava azadlığının fəaliyyəti çərçivəsində baş verir. Bu qruplar xarici aviadaşıyıcılara Azərbaycan aviaşirkətləri ilə bərabər hüquqlar və Azərbaycan hava limanları vasitəsilə tranzit reyslər həyata keçirmək imkanı təklif edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Qeyri-sabit hava neçə gün davam edəcək?

Qarabağ Universitetinə rektor təyin edilib

Qarabağ Universitetinə rektor təyin edilib

“Xaliq Faiqoğlu” hansı qaydaları pozub? – Şirkətə qarşı ittiham

Müştərilərin ən çox narazı olduğu banklar - “Yelo Bank” və “AFB Bank” ilk dəfə qırmızı zonada

Kirayə üsulu ilə satışa çıxarılan mənzillər üçün şərtlər – Minimum 3, maksimum 25 il...

Qəzalı çoxmərtəbəli binaların söküntüsü niyə gecikir?

"Çudo Peçka"nın dövlətə 157 min manat vergi borcu var

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Azərbaycan nümayəndə heyəti FAO-nun Avropa Regional Konfransının 34-cü sessiyasında iştirak edib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin