BAKU Azərbaycan
14.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8497
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1603
28699
Gəncə şəhəri, H.Əliyev prospektində "Range Rover" və "Maseratti Ghibli" markalı avtomobillərin sürücüləri avtoxulqanlıq edib.
 
Qaynarinfo-nun məlumatına görə, Teymur Cavadovun idarə etdiyi 99-LN-385 dövlət qeydiyyat nişanlı "Range Rover” markalı avtomobillə sürücüsü hələ məlum olmayan "Maseratti Ghibli” markalı 99 ZR 951 dövlət qeydiyyat nişanlı avtomobil şəhərdə sürət yarışı keçirib.
 
Hər iki avtomobilin sürücüsü yol hərəkəti qaydalarını, manevretmə və ötmə qaydalarını kobud şəkildə pozub, işıqforun qadağanedici işığı yanarkən yolayrıcını keçib. Buna görə də Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən "Range Rover”in sürücüsü avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. Barəsində protokol tərtib edilərək, iş məhkəməyə göndərilib.  
 
 
Məhkəmə iclasında iştirak edən Teymur Cavadov bildirib ki, etibarnamə ilə idarə etdiyi avtomobillə hərəkətdə olarkən ağ rəngli "Maseratti Ghibli” markalı avtomobil onun yanından sürətlə keçib, o da həmin avtomobilin arxasınca yüksək sürətlə hərəkət edərək H.Əliyev prospektində yerləşən "Gəncə” otelin qarşısında olan işıqforun qadağanedici işığında yol ayrıcına daxil olub, prospektin sonunda yolun əks istiqamətində ağ rəngli avtomobil çıxıb hərəkət etdiyi üçün onun arxası ilə gedib, bundan sonra İsmət Qayıbov küçəsindən yol ayrıcından həmin avtomobillə birlikdə dövr edib, geri qayıdıb. O, digər avtomobilin sahibini tanımadığını deyib. Teymur Cavadov hərəkətlərindən peşman olduğunu və bir daha belə etməyəcəyini bildirib.

Məhkəmənin qərarı ilə Teymur Cavadov İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 600 manat məbləğində inzibati cərimə edilib.
 
Apardığımız araşdırma nəticəsində məlum olub ki, 99-LN-385 dövlət qeydiyyat nişanlı "Range Rover”in sürücüsünün avtoxulqanlıq hərəkətlərini əks etdirən görüntüləri mütəmadi olaraq sosial şəbəkələrdə yayıb. O, təkcə "Range Rover"lə yox, 20-BC-202 nömrəli "QAZ-21" markalı avtomobillə də "avtoşluq" edib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Qaynarinfo-ya açıqlamasında bildirib ki, "Rang Rover”in sürücüsünün DYP əməkdaşları tərəfindən saxlanılması mümkün olsa da, "Maseratti Ghibli”nin sürücüsünü hələ ki, saxlamaq mümkün olmayıb. Şəhərdə "Maseratti” markalı avtomobillə avtoxulqanlıq edən şəxsin kimliyi araşdırılır və barəsində axtarış elan edilib. 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

Türk lirəsi bahalaşdı - Məzənnə

Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - Video

Dünyada ən çox davam edən göy qurşağı: 8 saat 58 dəqiqə

Saatlıq minimum əməkhaqqına keçid maaş artımına necə təsir göstərəcək?

Dubay sahillərindəki süni adalarda ən bahalı villalar təqdim edilib

Rusiyaya qarşı sanksiyalar ABŞ dollarına necə təsir edəcək? - FED-dən açıqlama

Yaponiya sahillərində 6 bal gücündə zəlzələ olub

“Google” Finlandiyada məlumat mərkəzini genişləndirmək üçün 1,1 milyard dollar xərcləyəcək

"Yandex" kuryerləri əvəzləyəcək robotlar hazırlayır

FT: ABŞ G7 ölkələrini Kiyevə Rusiya aktivlərindən təminatla kredit verməyə inandırır

Çjou Şijun: Qərb proteksionizmi bərpa olunan enerjiyə zərbə vuracaq

"Danone" Rusiyadakı aktivlərinin satışını başa çatdırdı

Çin üç Amerika şirkətinə qarşı sanksiya tətbiq etdi

"Apple" "iPhone 16"nın istehsalına nə vaxt başlayacaq?

Aviaqəzalarda həlak olan dövlət başçıları - SİYAHI

Politico: Britaniya Rusiyaya qarşı sanksiyaların icrasına nəzarəti təmin edə bilmir

Mərkəzi Bank "Azerfloat"ı cərimələdi

ABŞ-ın nüvə reaktorları bağlana bilər

“AAAF İnşaat”la “AAAF Park Xırdalan” arasında nə baş verib?

Çin aprel ayında rekord həcmdə investisiya axını ilə üzləşib

"Windows"un bəzi versiyaları internetə qoşulduqdan sonra avtomatik olaraq viruslara yoluxur

"Maqro Construction"a protokol tərtib olundu

“Bakı Abadlıq Xidməti”nə qarşı əmlak tələbi

"Apple" Çin bazarını fəlakətli sürətlə itirməkdə davam edir

1 milyon manata yaxın mayası olan şirkət bağlandı

Bakı Dövlət Sirki cərimələndi

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları BURAXILDI

Yeni rektor kimdir?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin