BAKU Azərbaycan
26.03°C
  • USD
    1.7
  • EUR
    1.9265
  • RUB
    2.1007
  • TRY
    0.0438
  • GBP
    2.2837
27342

"Bərdədə 14 yaşlı qıza qarşı cinsi zorakılıq etmiş şəxslərlə bağlı verilən məhkəmə qərarına etiraz olunmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova Bərdədə Kətəlparaq kəndində 14 yaşlı qıza qarşı cinsi zorakılıq etmiş şəxslərlə bağlı məhkəmə qərarından danışarkən deyib. 

Mehriban Zeynalovanın sözlərinə görə, çevik ekspert qrupu olaraq verilən bu qərara etiraz edəcəklər:
 
"Bunu belə qoymaq olmaz, biabırçılıqdır. 14 yaşlı, əqli yerində olmayan uşağa qarşı cinsi zorakılıq edənə 5 ay həbs cəzası verilməsi nə deməkdir? Cinsi zorakılıqla bağlı məhkəmə cəzalarının gözdən pərdə asmaq üçün təyin edilməsi rüsvayçılıqdır. Bu cinayət bir uşağa, özü də əqli çatışmazlığı olan bir uşağa qarşı edilib. Ona qəyyum müəyyən edilməli idi. Biz bunu araşdıracağıq. Bilmirik ki, ona qəyyum müəyyən edilib, ya yox. Ola bilər ki, uşaq hansısa məsələni düzgün izah etməyib. Yaxud da hadisələri, vaxtı düzgün şərh etməyib. Amma bu o demək deyil ki, belə bir fakt olmayıb”. 

Mehriban Zeynalova hesab edir ki, əlil uşaqdan sui-istifadə etməyin özü bir məsuliyyətdir:

"Lap özü razılıq versə belə, ona görə 5 ay cəza verilməsi absurdun absurdudur. Bu o deməkdir ki, əqli zəif olan uşağın anlaqsızlığından istifadə edib kimsə kimisə zorlamalıdır”. 
 
Vəkil Vamiq Şükürov isə bildirib ki, bu məsələ ilə bağlı cinayət işinə baxmaq lazımdır:

"Cinayət Məcəlləsində həmin maddədə qeyd olunub ki, göstərilən cinayəti törətdiyinə görə şəxslərə 3 ilədək müddətə müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası verilir. Bu məsələdə məhkəmənin hökmünə baxmaq lazımıdr ki, hakim nə üçün 5 ay müddətinə cəza verib? Bu dəqiqləşdirilməlidir”.

Qeyd edək ki, ötən ilin avqustunda Bərdə rayonunun Kətəlparaq kəndində 14 yaşlı qıza cinsi zorakılıq etmiş şəxslərin məhkəməsi başa çatıb.  Yetkinlik yaşına çatmayan qızı hədələyərək və görüntülərini yaymaqla şantaj edərək onunla cinsi əlaqədə olan 3 nəfərə hökm oxunub. Kənd sakinləri olan 2003-cü il təvəllüdlü A.S. və 2005-ci il təvəllüdlü digər oğlanlar Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə təqsirli biliniblər. Onların hər  birinə 5 ay müddətinə həbs cəzası verilib. 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sertifikatlaşdırılmaya cəlb olunacaq müəllimlərin sınaq imtahanı keçiriləcək

Dünyada yen kompüter virusu yayıldı – Bütün məlumatları ələ keçirir

Film kimi dələduzluq: DSMF "əməkdaşı" kirayə ev tutdu, qazinin xanımını aldatdı

Harvard Universiteti Tramp Administrasiyasının qərarına görə məhkəməyə ÜZ TUTDU

Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi®

“Windows” istifadəçilərinə xəbərdarlıq – Təhlükəli virus yayılıb

2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin Zirvə toplantısı keçiriləcək

Bu ölkə "Telegram"ı blokladı

Azərbaycanda 6 vəkil cəzalandırıldı

Ölkəmizdə “International HR Summit 2025” tədbiri keçirilib

1996-cı ilin "ÇEK"ləri satılıb - FOTO

Mərkəzi Bank rəhbərliyi nə qədər qazanır?

Zaminin maaşından borc nə qədər tutula bilər? - AÇIQLAMA

Sabah Bakının bu küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Təsadüfi fikri onu milyarder etdi

İdarə rəhbəri işdən çıxdı - Yeni təyinat

May ayının pensiyaları ödənildi

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

Mərkəzi Bankın yeni inzibati binasının inşasına 477 milyon manatdan çox pul xərclənib

“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş

Qızıl dövr bitdi - Yeni dəyişiklik onların cibinə necə təsir edəcək?

Sürücülərin nəzərinə: Cərimələrlə bağlı yenilik olacaq

Gündə 1000 000 000 dollar qazanırlar - FOTO

"Apple"ın qapalı ekosistemi çatlayır: "Siri" üçün təhlükə zəngləri çalır

Şahin Əliyev yeni vəzifəyə təyin olundu

"Android 16" fotolarınızın üzərinə "yağış yağdıracaq"

TuranBank “Yaşıl ASAN” proqramı çərçivəsində ekoloji layihəni uğurla başa vurub®

İmkansızı hesabladılar: Pi ədədinin 300 trilyonuncu rəqəminə çatıldı

Dünyada ən çox hansı markanın qulaqlıqları satılır? - Açıqlandı

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Xocalı aeroportunun yenidən fəaliyyətə başlaması təklif olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin