Energetika
02.09.2021 / 13:07
“Azəriqaz” Goranboyda “Açıq mikrofon” təşkil edəcək
17626
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.
Valyuta.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.
Bildirilir ki, "Səyyar qəbul otaqları”nın təşkil olunduğu bütün ərazilərdə icrası mümkün olan işlərə başlanılıb. Aksiyanın əhatə dairəsi Bakı və Abşeronla kifayətlənmir.
Daha çox regionlara köklənmiş aksiya bu dəfə Goranboy rayonunun Qazançı kəndində təşkil olunacaq.
Sakinlər 3 sentyabr saat 11:00-dan 13:00-a qədər Birliyin açıq olacaq mikrofonunun imkanlarından istifadə edərək problem və təkliflərini səsləndirə bilərlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay