Statistika
14.06.2021 / 18:04
Dövlət büdcəsinin qalığı 369 milyon manata düşüb
13878
Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 9 735,2 milyon manat, xərcləri isə 9 366,3 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Valyuta.az-a verilən xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 7,5 % və 0,3 % azdır.
Son nəticədə büdcədə 368,9 milyon manat qalıq yaranıb. Xatırladaq ki, yanvar-aprel aylarının yekununda büdcə qalığı 706,6 milyon manat olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay