Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

Redaktor

11.06.2025 12:21
335

Yeni doğulan körpələrə verilən müavinət artırılacaq

Yanvar ayında minimum əməkhaqqı və minimum əmək pensiyasının məbləği artdıqdan sonra digər sosial müavinət və təqaüdlərin də artacağı gözlənilir.

Bildiyimiz kimi, bəzi təqaüd və müavinətlər birbaşa minimum əməkhaqqı və minimum pensiya məbləğindən asılı olaraq dəyişir. Buna vəfat edən şəxsin yaxınlarına verilən dəfn pulu da aiddir. Yəni vəfat edən təqaüdçünün yaxınlarına əmək pensiyanın minimum məbləğinin üç misli qədər müavinət verilir. Yanvarda minimum əmək pensiyası 280 manatdan 320 manata qədər artırıldığı üçün, vəfat edən pensiyaçının dəfn xərcini üzərinə götürən şəxsə verilən məbləğ də 840 manatdan 960 manatadək artıb.

Cəmiyyətdə isə vəfat edən şəxsə görə verilən müavinət artdığı halda, yeni doğulanlara görə verilən birdəfəlik müavinətin niyə artılmadığı müzakirə olunur.

Hazırda bu müavinətin məbləği 500 manatdır.

Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, minimum əməkhaqqı və minimum pensiyadan asılı olmayan müavinətlərin də artırılacağı gözləniləndir:

“Vəfat edən təqaüdçülərə görə dəfn pulunun artırılması birbaşa minimum pensiyanın artırılması ilə bağlı oldu. Çünki həmin məbləğ minimum pensiyanın üç misli həcmindədir. Yəni minimum pensiya artan zaman avtomatik olaraq həmin məbləğ də artır. Amma digər müavinətlər minimum əməkhaqqı, o cümlədən, minimum pensiyaya bağlı deyillər. Bir sıra müavinətlər minimum əməkhaqqına bağlıdır, bəziləri isə birdəfəlik müəyyənləşib.

Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda sosial müavinətlər və təqaüdlərin artırılması nəzərdə tutulub. Bununla bağlı təkliflərin hazırlanması üçün Nazirlər Kabinetinə üç ay vaxt verildi.Artıq Nazirlər Kabineti tərəfindən təkliflər təqdim olunub”.

Deputatın sözlərinə görə, yaxın vaxtlarda sosial müavinətlər və təqaüdlərin artırılması baş verəcək:

“Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra hansı müavinətlərin, uşağın doğulmasına görə verilən müavinətin də artıb artmamasını müəyyənləşdirmək mümkün olacaq. Hələlik sərəncama uyğun olaraq sosial müavinətlər və təqaüdlərin artırılcağı gözlənilir. Hansı müavinətlərdə artımların olması isə sənəd imzalandıqdan sonra bəlli olacaq”.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

61 min manat vergi borcu olan şirkət ləğv olunur

15.12.2025

Azərbaycanda kolbasa istehsalı artıb

15.12.2025

Bu şəxslərə əlavə 150 manat maaş hesablanacaq

15.12.2025

İki kredit ittifaqına icrası məcburi olan göstəriş verilib

15.12.2025

Yeni icra başçısı 23 illik müavini vəzifədən azad etdi

15.12.2025

Dövlət büdcəsindən ən çox hansı sahələrə vəsait xərclənir? - Siyahı

15.12.2025

Alkoqolsuz içki istehsalı artıb

15.12.2025

Mərkəzi Bank bu şirkətin vəzifəli şəxsini 10 min manat cərimələdi

15.12.2025

Son 5 ildə Azərbaycanda 15 mindən çox avtomobil istehsal olunub

15.12.2025

Bu universitetin yataqxanası təmir ediləcək - 1 milyonluq layihə

15.12.2025
“Azercell"ə 3 manat qarşılığında 90 qəpik ödəyəcəyik - QİYMƏTLƏRİ QALDIRDI

“Azercell"ə 3 manat qarşılığında 90 qəpik ödəyəcəyik - QİYMƏTLƏRİ QALDIRDI

15.12.2025

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri azalıb

15.12.2025

Dünyada elektromobillərə tələbatın artdığı bir vaxtda Azərbaycanda niyə azalıb?

15.12.2025

Rubl bahalaşdı

15.12.2025

Ötən ay Azərbaycanda ən çox hansı neft məhsulları istehsal olunub?

15.12.2025

Miras yolu ilə milyarder olanların sayı rekord həddə çatdı - SƏHƏR OXUSU

15.12.2025

Bakının məşhur universitetində söküntü işləri başlayır

14.12.2025

“Financial Times” “İlin Adamı”nı elan etdi

14.12.2025

Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma

14.12.2025

Bakıda ət bahalaşdı - YENİ QİYMƏT

14.12.2025

Məzənnə

Yüklənir...