Redaktor
Tarixin ən böyük kəşfi – Saat necə yarandı?
Zamanı ölçmək və izləmək insanlığın ən qədim ehtiyaclarından biridir. Əsrlər boyu insanlar günəşin hərəkəti, suyun axını və qumun tökülməsi kimi təbii hadisələrə əsaslanaraq müxtəlif zaman ölçmə vasitələri icad edib. Bu sadə alətlər zamanla inkişaf edərək, mürəkkəb mexaniki və elektron saatlara çevrilib.
Valyuta.az bu yazıda saatın yaranma tarixindən başlayaraq, inkişaf mərhələlərini təqdim edir:
Zamanın ölçülməsinə ilk cəhdlər
İnsanlar zamanın keçişini izləmək üçün ilk olaraq təbii hadisələrdən faydalanıb. Məsələn, təxminən bizim eradan əvvəl 4000-ci illərdə qədim misirlilər günəş saatlarını icad edərək, günəşin kölgəsinin hərəkətinə əsaslanaraq zamanı ölçmüşlər. Bu saatlar gecə işləmədiyindən, sonralar su saatları kimi alternativlər inkişaf etdirilib.
Mexaniki saatların inkişafı
Mexaniki saatların tarixi, 13-cü əsrdə Avropada başlayıb. Bu dövrdə əsasən kilsələrdə istifadə olunan və ibadət vaxtlarını izləməyə kömək edən böyük mexaniki saatlar yaradılıb. Bu saatlar sarkaç kimi mexaniki hissələrin hərəkəti ilə işləyirdi.
Müasir saatların əsası
Müasir mexaniki saatların inkişafında bir neçə mühüm şəxsiyyətin rolu olub:
11-ci əsrdə Çinli alim Su Song su gücü ilə işləyən bir mexaniki saat dizayn edib. 1525-ci ildə Praqada ilk mexaniki analoq saatı Jacob Zech icad edib. Alman ixtiraçı Peter Henlein, 1511-ci ildə ilk yaylı saatı icad edib.
Saat texnologiyasının sonrakı inkişafı
Saat texnologiyası zamanla daha da inkişaf edib:
1656-cı ildə hollandiyalı alim Kristia Huygens, sarkaç prinsipinə əsaslanan ilk mexaniki saatı icad edib.
1927-ci ildə kanadalı mühəndis Varren Marrison, kuvars kristallarının titrəyişinə əsaslanan ilk kvars saatını inkişaf etdirib.
1970-ci ildə Hamilton Watch Company ilk rəqəmsal saatı istehsal edib
Bu inkişaflar nəticəsində saatlar daha dəqiq və etibarlı hala gəlib. Saatın icadı və inkişafı, insanlığın zaman anlayışının və texnoloji bacarıqlarının inkişafını əks etdirir. Ən qədim günəş saatlarından başlayaraq, müasir rəqəmsal və atom saatlarına qədər olan bu yol, insanın dəqiqliyə və nizam-intizama olan ehtiyacının bir göstəricisidir.
Günay
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələn il inflyasiya nə qədər olacaq?
12.12.2025Avropa paytaxtı dünyanın ən yaşanmalı şəhəri seçildi - TOP-10
12.12.2025500 manat pensiyalar bu qədər artacaq - Açıqlama
12.12.2025Daha 606 hərbi qulluqçu mənzillə təmin olunacaq
12.12.2025İsveçdə süni intellekt metro stansiyalarında intiharların qarşısını alır
12.12.2025Aqibət Məmmədovun şirkəti daha 1,5 milyonluq tender qazandı
12.12.2025Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi
12.12.2025Güclü külək əsəcək - XƏBƏRDARLIQ
12.12.2025Həyatın ölüm halından sığortası üzrə ödənişlər 32 milyonu keçib
12.12.2025Azərbaycanda əməkhaqqı ayda iki dəfə verilə bilər
12.12.2025