Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

Redaktor

15.05.2025 15:00
297

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar

“Green Card” lotereyasında iştirak edən minlərlə insanın diqqət yetirməli olduğu əsas məsələlərdən biri də təqdim edilən şəklin uyğunluğudur. ABŞ şəkillə bağlı konkret texniki tələblər irəli sürür və bu qaydalara əməl olunmaması ərizənin avtomatik rədd edilməsinə səbəb ola bilər. Bir çox iştirakçı uğursuzluğun səbəbini sistemdə və ya şanssızlıqda görsə də, bəzi şəxslər "şəklim yaxşı deyildi, ona görə seçmədilər" kimi fikirlər səsləndirirlər. "Green Card”da qalib gəlməkdə yerləşdirdiyimiz şəklin nə dərəcədə önəmi var?

“Green Card” qalibi olub ABŞ-də yaşayan Turqut Əliyev Valyuta.az-a bildirdi ki, hər il oktyabr-noyabr ayında başlanan və adətən hər il may ayının ilk həftəsində açıqlanan “Green Card” qeydiyyatı zamanı ən önəmli nüanslardan biri də çəkilən şəkildir: “İlk olaraq şəklin nəyə görə tələb olunduğuna nəzər salaq. Şəkil sizin duplikat registrasiya (təkrar qeydiyyat) edib-etmədiyinizi müəyyən etmək üçün istənilir. Məsələn, eyni adam fərqli-fərqli adlarla təkrar qeydiyyat edərək, şansını artıra bilər. Bu kimi situasiyaları şəkil vasitəsilə avtomatik təyin edirlər. Şəkil vasitəsilə müraciət edən adam dəqiq bilinir. Yəni, qalib seçiləndə bilinir ki, bu adam həqiqətən müraciət edəndir, yoxsa o ad və soyadla olan başqa biridir".

Şəklin keyfiyyəti və ölçüsü Amerika xəyallarınıza təsir edir

Turqut Əliyev deyir ki, şəkliniz mütləq təyin olunmuş standartlara cavab verməlidir: “Green Card” qeydiyyatı zamanı ən önəmli nüanslardan biri də müraciət edən şəxsin şəklinin 6 ay ərzində çəkilmiş olmasıdır. Şəkil çəkərkən diqqət etmək lazımdır ki, arxa fon ağ rəngdə olsun, fərqli rəngdən istifadə edilməməlidir. Şəkil minimum 600x600 piksel olmalıdır. Piksel ölçüləri ilə təxminən 5x5-dir. Şəkil ölçüsü maksimum 2 MB ola bilər. Diqqət etmək lazımdır ki, üzünüz tam görünsün, əks halda uduzacaqsınız. Bu, ən önəmli mərhələdir".

Vacib olmayan, amma seçilməyinizə təsir edəcək nüanslar var ki...

T. Əliyevin sözlərinə görə, bu mərhələdə diqqət edilməli bəzi nüanslar var ki, gələcəklə bağlı planlarınıza təsir edir: “Ola bilər ki, bütün tələblərə cavab versin, amma bəzi xırda nüanslar var ki, onları sadalamaq istəyərdim. Şərt deyil ki, diqqət edəsiniz, amma yaxşı olardı ki, şəkil çəkəndə nəzərinizdə olsun. İlkin olaraq, ağ köynəkdə şəkil çəkməyi qeyd etmək olar. Köynək və arxa fon ağ olanda şəkli aydınlaşdırmaq çətin olur. Yaxşı olardı ki, şəkil çəkəndə geyimdə başqa rənglərə üstünlük verəsiniz. Üzünüzün səliqəli olması vacibdir. Əgər saqqal varsa, səliqəli bir şəkildə saxlanılmalıdır. Burada çox güman ki, viza verən insanın sizə baxdıqda ilk dəfə sizi görəndə yaratdığınız təəssüratın önəmi olacaq".

"Xanımlar isə şəkil çəkərkən sırğa taxmasa yaxşı olar. Bu, şəkil çəkiləndə təsir edən nüanslardan biridir. Çünki işığın əksi düşsə, şəklə təsir edəcək, şəklin aydınlığı itəcək. Saç tamamilə yana və ya arxaya daranmalıdır. Üzü örtəcək formada olmamalıdır. T.Əliyev qeyd etdi ki, gündəlik hicab taxmayıb, “Green Card” üçün şəkil çəkəndə hicab taxsanız bu, mütləq müəyyənləşdiriləcək, çünki sırf o barədə baxırlar. Şəkil çəkəndə taxıb, viza almağa gedəndə taxmasaz, bu əlavə sorğu-sual yaradacaq" - deyə, qeyd etdi.

Şəklin nə ilə çəkilməsinin fərqi yoxdur

T.Əliyev bildirdi ki, şəkli gedib haradasa çəkdirmək vacib deyil: “Çox adam fotostudiyada və ya fərqli məkanlarda şəkil çəkdirir. Bəzi insanlar var ki, hətta şəkil çəkməyə vaxtları olmadığı üçün “Green Card” qeydiyyatından keçmir. Şəkli nə ilə çəkdiyinizin fərqi yoxdur. Bu telefon da ola bilər, fotoaparat da. Əsas lazım olan şəkli qoyulan standartlara uyğun çəkməkdir. Mən Azərbaycanda olanda "Samsung" telefonu ilə şəklimi çəkdim. Bununla belə qalib oldum. Əsas vacib olan şəklin arxa fonu, keyfiyyəti və ölçüləridir”.

Sərvanə Rəmixanova

Şəklimiz "Green card"da qalib gəlməyə təsir edir - Diqqət edilməli məqamlar
Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ölkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?

09.03.2026

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

09.03.2026

Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası

09.03.2026

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

09.03.2026

İlham Əliyev Müctəba Xameneyini təbrik edib

09.03.2026

"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"

09.03.2026

Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"

09.03.2026

Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır

09.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

09.03.2026

Sabah hava necə olacaq?

09.03.2026

Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı

09.03.2026

Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar

09.03.2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

09.03.2026

Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

09.03.2026

"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb

09.03.2026

Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib

09.03.2026

"Brent" neftinin qiyməti 118 dolları ötüb

09.03.2026
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

09.03.2026

Məzənnə

Yüklənir...