Rəqabət hissi bizi irəli aparır, yoxsa uğursuzluq gətirir?
12.02.2024 14:48
1,489

Rəqabət hissi bizi irəli aparır, yoxsa uğursuzluq gətirir?

İş yerində rəqabətlə tez-tez rastlaşırıq. Doğmalarımızın və yaxın dostlarımızın belə bizimlə yarışdığını təcrübə etdikdən sonra artıq hər hansı bir həmkarımızın bizimlə rəqabət etməsinə təəccüblənmirik.

Kama Ahmad, kouç

İşdə rəqabət konstruktiv və destruktiv ola bilər. O bizi həm rudan salıb inkişafdan saxlaya, həm də ruhlandırıb karyera inkişafına və uğuruna apara bilər. 

Sağlam həddə rəqabət hissi normaldır. Problem bu hiss həddini aşdıqda və bizə və çevrəmizə zərər vurmağa başladıqda yaşanır.

Öncə bu hissin köklərinə nəzər salaq: rəqabət hissi nədən qaynaqlanır? 

1. Sosial müqayisə

2. Uğursuzluq qorxusu

3. Tanınma və təsdiqlənmə ehtiyacı

Müşahidələrim göstərir ki, bizim cəmiyyətdə rəqabət hissinin altında yatan əsas səbəb sosial müqayisədir. İnsanımız cəmiyyətdəki statusunu, sahib olduqlarını, qazandıqlarının həmyaşıdları, həmkarları, həmyerliləri ilə müqayisə etməyə öyrəşdirilib. Müqayisə bizim yetişdirilmə tərzimizlə əlaqəlidir.

"Filankəsin uşağı, filankəsin oğlu, filankəsin qızı" sonsuz sayda potensialı beşiyindəcə məhv etmiş qatillərdir.

Bu ifadələrlə başlayan müqayisələr elə uşaqlıqdan bizim özümüzə inamımızı sındırır, biz başqalarının bizdən daha ağıllı, daha fərasətli, daha uğurlu olduğuna inanırıq və bəzilərimiz buna görə həyatda uduzuruq. Bu müqayisə proqramını özümüzlə öncə məktəbə və ali təhsil ocağına, sonra isə iş yerimizə və şəxsi həyatımıza daşıyırıq. Uşaqlıqdan proqramlaşdırılmış özünə inamsızlıqla biz də bir ömür özümüzü başqaları ilə müqayisə etməyə və rəqabət etməyə başlayırıq.

İş təcrübəmdə müqayisə və rəqabətin insanların karyera hədəflərinə çatmaqda mane olduğunu dəfələrlə müşahidə etmişəm. Bir keysə nəzər yetirək: Xaricdə yaşayan xanım həkim işləyə bilmək üçün imtahana hazırlaşır və imtahanda 1 dəfə uğursuz olur. Həmyaşıdı və həmyerlisi olan həkim yoldaşı imtahanı ilk sınaqdan keçir. Bunu öyrənən xanım ruhdan düşür və həftələrlə imtahana hazırlaşa bilmir. Destruktiv və qeyri-sağlam rəqabətdə insan bu hissin onu inkişafdan saxlamasına izin verir. Bu zaman o hətta özündən daha uğurlu saydığı insanın uğuruna mane olmağa çalışır. İşdə sağlam rəqabət səviyyəsi işçilərə peşəkar özgüvənini və işə olan motivasiyasını artırmağa kömək edə bilər.  Rəqabət hissi işçiləri məqsədlərinə doğru daha çox işləməyə həvəsləndirə bilər.

Rəqabət hissi problem halına çevrildikdə məsələnin həlli yollarına və özümüzü qorumaq yollarına nəzər yetirək:

1. İlk olaraq müqayisəni dayandırın və bu hissi stimilunuza-faydanıza çevirin.

Sizdə müqayisəni və rəqabət hissini yaradan insanlardan, həmkarlarınızdan pozitiv mənbə kimi istifadə edin. Onlardan öyrənin. 

Rəqabət apardığım həmkarımın hansı xüsusiyyətinə pərəstiş edirəm?

Bu xüsusiyyəti özümdə necə formalaşdıra bilərəm?

Onun nail olduğu hansı hədəflərə çatmaq istəyirəm?

Mən bu hədəflərə necə çata bilərəm?

Özünüzdən “Mən niyə rəqabət etdiyim şəxs kimi deyiləm?” soruşmayın , özünüzə “Mən necə rəqabət apardığım şəxs kimi ola bilərəm?” soruşun.

Prosesi mənasız yarışdan öyrənilməsi gərəkən dərsə çevirin.

2. Öz fərqliliyinizin fərqinə varın
.
İnsan rəqabət apardıqda öz fərqini tam ortaya çıxara bilmir. O, irəlidə olmağa, rəqibindən daha yaxşı olduğunu sübut etməyə çalışır. Bəzən rəqabət hissi individuallığı, yaradıcılığı və ilhamı öldürə bilir. İnsan yarışdığı insanda itir, çünki rəqabət bir növ imitasiyadır. Biz biri ilə rəqabət etdikdə zamanla fərqində olmadan onun surətinə çevrilirik. İmitasiya isə hər zaman orijinaldan ucuz olur.

Özünəməxsusluğunuzla önə çıxmağa, onu vurğulamağa çalışın. 

Dostlarınız və ailəniz arasında özünüzü necə apardığnızı düşünün. Ən yaxşı versiyanız olduğunuz zaman - onlar sizdə hansı xüsusiyyətləri görürlər?  

Ən yaxşı versiyanız olduğunuz zaman (həyat dolu və tam məşğul olduğunuz zaman) hansı peşəkar və şəxsi keyfiyyətləri nümayiş etdirirsiniz? 

Bu xüsusiyyətləri yazın və bu xüsusiyyətləri (güclü yönlərinizi) hər mühitdə və mümkün qədər çox üzə çıxarmağa çalışın. 

3. Özgüvəninizi yüksəldin.

Mütəxəssislə özgüvən hissinizin üzərində işləyin, potensialınızı tam olaraq reallaşdırmaq üçün dəstək alın. Müqayisə və yarış vərdişdir və sizə zərər vurduğunu hiss etdikdə bu vərdişi tərgitmək lazımdır.

4. Fokusunuzu dəyişin.

Fokusunuzu işdəki özünümüqayisədən kənara yönləndirin. Özünüzə yeni şəxsi hədəflər qoyun, yeni hobbi və maraqlar yaradın. Həyat tək işdən ibarət deyil.


5. Sınaqlar edin.

Heç zaman etmədiyiniz yeni şeylər sınayın, bu yolla:

İçinizdə gizli, kəşf edilməmiş potensialı üzə çıxara biləcəksiniz və siz hər dəfə yeni bir şey sınadıqda özgüvən hissinizi yüksəldəcəksiniz.

6. Sərhədlər çəkin.

Sizdə özünümüqayisə və rəqabət hissini yaradan insanlarla aranızda sərhədlər çəkin, onların həyatı və uğurları ilə maraqlanmağı dayandırın.

Çalışıb özümüzə inamlı və orijinal olaq. Unutmayaq ki, hər bir insan individual, heç kimdə birə-bir təkrarı olmayan istedad, bacarıq və qabiliyyətlər dəstinə malikdir və əsas işimiz bizə bəxş olunanları təkmilləşdirmək və çoxaltmaqdan ibarət olmalıdır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...