Redaktor
"TuranBank" beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib®
Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan "TuranBank" ASC uğurlu fəaliyyəti sayəsində nəhəng beynəlxalq qurumlardan maliyyə vəsaitləri cəlb etməyə davam edir. Belə ki, Bank İsveçrənin aparıcı investisiya meneceri “BlueOrchard Finance”ın idarə etdiyi nüfuzlu "BlueOrchard" Beynəlxalq Mikromaliyyələşdirmə Fondu ilə yerli valyutada yeni kredit sazişi imzalayıb.
Sazişə əsasən, Fond "TuranBank"a 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayırıb. Cəlb edilən vəsait ölkəmizin, xüsusilə regionlarda kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək, dayanıqlı iqtisadi artımı təmin edərək iqtisadiyyatın inklüziv şəkildə inkişafına töhfə verəcək.
"BlueOrchard"ın Baş Kredit İnzibatçısı Normunds Mizis bildirib: “TuranBank" Kiçik və Orta Biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biridir və Bank ilə tərəfdaşlığımızı daha da genişləndirməkdən və Azərbaycanın iqtisadi rifahına birgə töhfə verməkdən məmnunluq duyuruq”.
“TuranBank" olaraq iqtisadiyyatın real sektorunun dəstəklənməsi və sahibkarlıq mühitinin inkişafına töhfə verilməsi bizim uzunmüddətli strategiyamızın əsas istiqamətlərindən biridir. Bu saziş, Bankın beynəlxalq maliyyə institutları ilə etibarlı tərəfdaşlıq əlaqələrinin genişlənməsinin və regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dayanıqlı dəstəyin təmin olunmasının göstəricisidir. BlueOrchard kimi nüfuzlu investisiya institutu ilə qurulan bu əməkdaşlıq, eyni zamanda, Bankın beynəlxalq maliyyə sektorunda etibarının bariz nümunəsidir” - deyə "TuranBank"ın İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib.
Yarandığı tarixdən etibarən 33 il ərzində özünün 22 satış nöqtəsilə daim inkişaf yolunu tutmuş, xidmətləri ilə həm keyfiyyət, həm də kəmiyyət baxımından maliyyə sektorunda önəmli mövqeyə sahib olmuş "TuranBank" mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üzrə beynəlxalq kredit xətlərinin cəlb edilməsi istiqamətində əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Bank Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), EMF Mikromaliyyə Fondu, Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İncofin İnvestisiya fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB) və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olur.
"TuranBank"
Bizimlə etibarlıdır ...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərYığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025