Redaktor
"Google" süni intellekt startaplarına dəstək üçün fond yaratdı
“Google” süni intellekt sahəsində çalışan startaplara dəstək üçün yeni təşəbbüsə start verib.
Valyuta.az xəbər verir ki, "Google" bazar ertəsi süni intellekt sahəsində fəaliyyət göstərən startapları dəstəkləmək məqsədilə yeni təşəbbüsünü – “AI Futures Fund” layihəsini elan edib. Bu təşəbbüs "Google DeepMind" tərəfindən hazırlanmış ən son süni intellekt alətlərindən istifadə edən startaplara investisiya yatırmağı hədəfləyir.
Fonddan həm ilkin mərhələdə olan, həm də inkişaf etmiş mərhələdəki startaplar yararlana biləcək. Dəstək çərçivəsində quruculara "Google DeepMind" tərəfindən hazırlanmış süni intellekt modellərinə erkən çıxış imkanı veriləcək, həmçinin onlar "Google DeepMind" və "Google Labs" mütəxəssisləri ilə birgə işləyə biləcəklər. Bundan başqa, startaplara "Google Cloud" kreditləri təqdim olunacaq. Seçilmiş layihələr isə birbaşa "Google" investisiyası əldə etmək şansı qazanacaqlar.
"Google" sözçüsü bildirib ki, "AI Futures Fund müəyyən olunmuş qrup və ya mərhələ əsaslı model üzrə fəaliyyət göstərmir. Ərizə prosesi davamlıdır və müəyyən bir son müraciət tarixi yoxdur. Fondun məqsədləri ilə uyğun gələn şirkətlərlə qarşılaşdıqda, onlara investisiya etməyə qərar verə bilərik. Hazırda fondun dəqiq həcmi açıqlanmır və investisiya məbləği şirkətin mərhələsi və ehtiyaclarına uyğun dəyişir. əsasən erkən və orta mərhələlərdə, lakin daha inkişaf etmiş mərhələlər də istisna edilmir.”
Son aylarda "Google" süni intellekt sahəsində çalışan istedadlara və elmi yeniliklərə dəstəyini artırıb. Ötən ilin noyabrında şirkətin xeyriyyə fondu olan "Google.org" süni intellekt sahəsində çalışan tədqiqatçılara və alimlərə 20 milyon dollar dəyərində maliyyə dəstəyi ayıracağını açıqlayıb.
Xatırladaq ki, sentyabr ayında "Google"un baş direktoru Sundar Pichai dünya üzrə süni intellekt təhsili və təlimlərinin genişləndirilməsi məqsədilə 120 milyon dollarlıq Qlobal Süni İntellekt İmkanları Fondunun yaradıldığını elan edib. "Google.org" həmçinin, süni intellekt texnologiyaları üzərində çalışan qeyri-kommersiya təşkilatlarına birbaşa maliyyə ayırmağı hədəfləyən 20 milyon dollarlıq generativ süni intellekt akselerator proqramını istifadəyə verib.
Qeyd edək ki, startaplar 12 may tarixindən etibarən müraciət edə bilirlər.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?
09.03.2026G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq
09.03.2026Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq
09.03.2026ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir
09.03.2026Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası
09.03.2026Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır
09.03.2026İlham Əliyev Müctəba Xameneyini təbrik edib
09.03.2026"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"
09.03.2026Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"
09.03.2026Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır
09.03.2026Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?
09.03.2026Sabah hava necə olacaq?
09.03.2026Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı
09.03.2026Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar
09.03.2026KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib
09.03.2026Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq
09.03.2026"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb
09.03.2026Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib
09.03.2026"Brent" neftinin qiyməti 118 dolları ötüb
09.03.2026