Marketinqdə kreativlik niyə azalıb?
14.11.2023 15:35
668

Marketinqdə kreativlik niyə azalıb?

Anar Bayramov,
“SAT Group” şirkətinin həmtəsisçisi, idarəçi və biznes konsultant

Son 20 ildə uzun illər dillər əzbəri olmuş “marketinq təkcə reklamdan ibarət deyil” şüarı çox populyar olsa da, elə xüsusilə həmin illər (2000-2015) ərzində marketinqin özəyini reklam (marketinq kommunikasiyası) təşkil edib. Bu dövrdə yarış kommunikasiya müstəvisində getdiyi üçün kreativliyə, kreativ asset-lərə tələbat çox idi. Ənənəvi marketinq agentlikləri (xüsusilə kreativ agentliklər) kef edirdilər.   

Şərti olaraq 2015-dən sonra “marketinq təkcə reklamdan ibarət deyil” şüarının aktuallığı zəifləyə-zəifləyə marketinq əsl yerini almağa başlayır. Daha ölçüləbilir, daha nöqtə atışlı, daha hesab-kitablı, araşdırmalı, analitika ağırlıqlı marketinq kök salır. Bu “era”da (digital era) marketinq kommunikasiyası, kreativ reklamlar yenə marketinqin önəmli elementi (drayveri) olsa da, marketinqin özəyi olmaqdan çıxıb. Yarış o meydançada getmir. Marketinqdə ciddi “qabıq dəyişikliyi” və “struktur dəyişikliyi” baş verib. Ona görə əvvəlki qədər kreativlik marketinqin mərkəzində deyil. Amma, təbii ki, rəqabət artdıqca kreativliyə də daha çox ehtiyac olur və olacaq. 

Başqa sözlə desək, əvvəl marketinq “oyunu” başqa meydançada oynanılırdı, orda kreativ kommunikasiya çox önəmli idi. İndi meydança dəyişilib, burda kreativlik işin özəyindən daha çox qırağındadır və nisbətən bahalı alətdir. Daha “ucuz”, əlçatan, eyni zamanda daha birbaşa təsirli alətlər istifadə olunduqca lazım olan qədər işə kreativlik qatılır. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...