Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

Redaktor

08.12.2025 21:57
39

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı çərçivəsində dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliklə görüşüb.

Valyuta.az xəbər verir ki, ICESCO-nun Baş direktoru yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirib, süni intellekt indeksinin təqdimatı ilə bağlı beynəlxalq tədbirin Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını ifadə edib.

Qonaq beynəlxalq konfransda aparılan fikir mübadiləsi, keçirilən görüşlərin süni intellekt sahəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (ICESCO) üzv dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə olacağına əminliyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizə davamlı dəstəyinə və mədəniyyətimizin təşviqinə istiqamətlənən tədbirlərə görə ICESCO-ya minnətdarlığını çatdırıb.

Ölkəmizlə ICESCO arasında mövcud olan uğurlu əməkdaşlığın, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ICESCO ilə səmərəli və sıx əlaqələrinin bu işbirliyinin daha da genişləndirilməsinə xidmət etdiyi vurğulanıb, iki qurum arasında elm, təhsil, mədəniyyət sahələrində gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Heydər Əliyev Fondu ilə ICESCO arasında Nigerin üç regionunda münaqişədən zərər çəkmiş qadınların imkanlarının genişləndirilməsi və sosial inklüzivlik istiqamətində həyata keçirilən layihə ilə bağlı saziş imzalanıb.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Google" süni intellekt sahəsində inqilaba aparan əsas şərti açıqladı

08.12.2025

Leyla Əliyeva ICESCO-nun Baş direktoru ilə saziş imzaladı

08.12.2025

"Embawood" şirkətinə yeni baş direktor təyin edilib

08.12.2025

Tərk edilmiş milyonluq mülklər

08.12.2025

"Relax"ın yenə borcu yarandı

08.12.2025

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

08.12.2025

Bratislavada Azərbaycan və Slovakiya prezidentlərinin geniş tərkibdə görüşü olub

08.12.2025

Şirkət 8 milyard qiymətləndirmə ilə 330 milyon dollar investisiya alıb

08.12.2025

1 ili tamam olmamış ləğv olundu

08.12.2025

“300 milyon istifadəçiyə çatdıq” - Hər gün “Binance”a 180 min insan qoşulur

08.12.2025

24 yaşlı startapçı "Meta"nın ən yaxşı süni intellekt mütəxəssislərini "oğurlayır"

08.12.2025

"nivo" lüks geyim kirayəsini təqdim edən "UnoMoi"ni satın aldı

08.12.2025

Bank işsiz şəxsin kartından kredit ödənişini çıxa bilər?

08.12.2025

Dünyada milyarderlərin sayı rekorda çatıb - artımın səbəbləri açıqlandı

08.12.2025

Bakıda kirayə mənzillərin ucuz olduğu ərazilər - QİYMƏTLƏR

08.12.2025

Səssiz şəkildə işçiləri tükəndirən hallar var

08.12.2025

Ödəniş kartları ilə 13 mlrd. manatdan çox əməliyyatlar aparılıb

08.12.2025

İcra başçısı iki nəfəri işdən çıxardı - Özünə yeni sürücü təyin etdi

08.12.2025

Gələn il Azərbaycanda yaşıl dövlət istiqrazlarının buraxılması planlaşdırılır

08.12.2025

Daha 188 mənzil ucuz qiymətə satışa çıxarıldı

08.12.2025

Məzənnə

Yüklənir...