Redaktor
“Temu” bu ölkədə 1 gündə çatdırılma xidmətinə başlayır
Elektron ticarət platforması “Temu” Türkiyədə sifarişlərin 1 iş günü ərzində çatdırılacağını açıqlayıb. Beləliklə, istifadəçilər artıq məhsullar üçün həftələrlə gözləmək məcburiyyətində qalmayacaqlar.
Valyuta.az xəbər verir ki, şirkət bu xidməti İstanbulda açılan yeni əməliyyat mərkəzi üzərindən reallaşdıracaq. Türkiyədə qurulan bu logistika bazası vasitəsilə sifarişlərin birbaşa yerli mərkəzdən göndərilməsi təmin olunacaq.
“Temu”nun bu addımı yalnız çatdırılma müddətini qısaltmaqla məhdudlaşmır. Şirkət indiyədək Türkiyəyə məhsul satışı zamanı İrlandiyada qeydiyyatda olan xarici hüquqi şəxs vasitəsilə fakturalar təqdim edirdi. Yeni sistemlə isə vergi və faktura prosesləri birbaşa Türkiyə daxilində həyata keçiriləcək. Bu dəyişiklik, “Temu”nun yerli qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə imkan verəcək.
Yeni mərhələ çərçivəsində “Temu” bir sıra kampaniyalara da start verib. Şirkət “Artıq Türkiyədəyik” şüarı altında endirimlər, pulsuz çatdırılma və digər təşviqedici təkliflərlə istifadəçiləri bu keçid prosesinə uyğunlaşdırmağa çalışır.
Qeyd edək ki, “Temu”nun Türkiyədə əməliyyat bazası qurması lokal strategiyanın bir hissəsidir. Şirkət daha öncə Avropa İttifaqı ölkələrində və ABŞ-də da oxşar logistika mərkəzləri yaradaraq məhsulların bu bazalardan göndərilməsini təmin etmişdi. Bu model sayəsində “Temu” həm çatdırılma müddətini azaldır, həm də logistika xərclərinə nəzarəti gücləndirir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025