Redaktor
“Azərxalça”dan Aydan Salahovaya 100 min manatlıq sifariş
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) məşhur rəssam Tahir Salahovun qızı Aydan Salahova ilə satınalma müqaviləsi bağlayıb.
Valyuta.az xəbər verir ki, müqavilədə "Memarlıq yaddaşı"adlı xalça üçün modern xalça dizaynının hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 100 000 manatdır.
Qeyd edək ki, Rəssam Aydan Salahova Moskvada yaşayır. O, 1992-ci ildə Rusiyada ilk müasir incəsənət qalereyalarından birini ("Aydan") açıb. Salahovanın əsərləri Tretyakov qalereyasında, Moskva Müasir İncəsənət Muzeyinin kolleksiyalarında, Roma və Nyu-York qalereyalarında saxlanılır.
Aydan Salahovanın atası Tahir Salahov Azərbaycanın görkəmli rəssamlarından olub. O, 2021-ci ildə dünyasını dəyişib.
Hüseyn
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərMəlumatları milyardlarla il saxlaya bilən "5D yaddaş" texnologiyasını təqdim edildi
15.12.2025"General-mayor" ali hərbi rütbəsi alan Seymur Qaraşov kimdir?
15.12.2025Şirkətin tarixində ilk: "Volkswagen" Almaniya zavodunda istehsalı dayandırır
15.12.2025İcra başçısı baş mütəxəssisi işdən çıxardı
15.12.2025Sumqayıtda böyük söküntü - İcra Hakimiyyətindən açıqlama
15.12.2025