KOB-ların layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edilib

Redaktor

18.09.2024 09:39
404

KOB-ların layihələrinin maliyyələşdirilməsi üçün müsabiqə elan edilib

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq, KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib.

Valyuta.az agentliyə istinadən xəbər verir ki, müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və yaxud fiziki şəxslər iştirak edə bilərlər.

Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır. Hər bir şəxs müsabiqə çərçivəsində yalnız bir layihə təqdim etmək hüququna malikdir. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumların tam maliyyələşdirdiyi, icrası davam edən və yaxud başa çatmış layihələr əlavə olaraq və yaxud təkrar maliyyələşdirilə bilməz. Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır. Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 15 dekabrdan başlanılması nəzərə alınmalıdır. Layihələr Azərbaycan dilində tərtib edilməlidir.

Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 000 manatdır. Layihə sənədləri 24 sentyabrdan 23 oktyabra qədər qəbul olunayacaq.

Müsabiqənin keçirilmə vaxtı 25 oktyabrdan 25 noyabra qədərdir.

Müsabiqənin nəticələri 25 noyabrdan sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərnişin daşınmalarında 59 milyonluq artım

08.12.2025

İşdə daha sürətli işləmək və səmərəliliyi artırmağın 10 yolu - SƏHƏR OXUSU

08.12.2025

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

Məzənnə

Yüklənir...