İşsiz qalan bir milyon işçi: Bütün günah süni intellektin üstünə atıla bilərmi?

Redaktor

26.12.2025 23:42
46

İşsiz qalan bir milyon işçi: Bütün günah süni intellektin üstünə atıla bilərmi?

2025-ci il işçilər üçün çox sərt keçib: Qlobal iş dünyası pandemiya dövründən bu yana ən böyük işdən çıxarma dalğası ilə üzləşib.

Qaynarinfo xəbər verir ki, ilin əvvəllərindən etibarən şirkətlər təxminən 1,1 milyon insanı işdən çıxarıb. Lakin bu kütləvi itkilərin günahkarı kimi göstərilən süni intellekt, veriləri diqqətlə incələdikdə yalnız buzdağının görünən hissəsini təşkil edir.

"Challenger", "Gray & Christmas" məsləhət şirkətinin verdiyi rəqəmlərə görə, süni intellekt səbəbi ilə iş itkiləri ümumi sayın 1%-dən də azdır - təxminən 55 min nəfər. Buna baxmayaraq, bir çox rəhbər işdən çıxarmaları “modernləşmə” və “səmərəlilik” kimi texnoloji bəhanələrlə izah etməyi üstün tutur.

Texnologiya nəhənglərində vəziyyət daha mürəkkəbdir. Məsələn, "Amazon"da "CEO Andy Jassy" əvvəlcə süni intellektin bəzi sahələrdə insan tələbatını azaldacağını bildirsə də, 14 min nəfərin işdən çıxarılmasından sonra investorlara açıqlayıb ki, qərar tamamilə süni intellektlə əlaqəli deyil. Oxşar şəkildə, "Salesforc" kimi şirkətlər iş yükünün yarısını süni intellektə verdiklərini iddia etsələr də, reallıqda texnologiyanın rolu mövcud işçiləri qapının önünə qoymaqdan çox, yeni işçi qəbulunu məhdudlaşdırmaqdır. Xüsusilə giriş səviyyəli vəzifələr “süni intellekt özü edər” düşüncəsi ilə dondurulduqda gənc istedadların sektora girişi mümkünsüz olur. MIT-in araşdırması isə göstərir ki, süni intellektə investisiya edən müəssisələrin 95%-i hələ də bu sərmayədən maliyyə gəliri əldə etməyib.

Bəs əgər günahkar süni intellekt deyilsə, bu qədər insan niyə işini itirib? Cavab texnoloji inqilabdan yox, iqtisadi reallıqlardan gəlir. Çoxlu böyük şirkətlər iqtisadiyyatın yaxşı olduğu dövrlərdə həddindən artıq işçi işə götürdü və indi mənfəət marjları daraldığında bunu işçilərin üzərinə atıb. ABŞ-da Tramp administrasiyasının gömrük vergisi siyasətinin yaratdığı sarsıntı sənaye və istehsal sektorlarını birbaşa vurub. Məlumat mərkəzlərinin tikintisi yüksək səviyyəyə çatmış bir dövrdə, istehsal sektorunun ilin əvvəllərindən etibarən 60 min işçini işdən çıxarması göstərir ki, problem robotlarda yox, bazar şərtlərindədir.

Daha geniş perspektivdən baxanda işdən çıxarmaların arxasındakı həqiqi faktorlar açıq görünür: yenidənqurma prosesləri süni intellektdən iki dəfə, ümumi iqtisadi şərtlər isə dörd dəfə çox iş itkisinə səbəb olub. Hətta hökumət səmərəlilik əməliyyatları çərçivəsində edilən kəsintilər süni intellektin təsirindən altı dəfə daha çox insanı işsiz qoyub.

Görünən odur ki, süni intellekt rəhbərlər üçün olduqca əlverişli bir günah keçisi halına gəlib. Şirkətlər avtomasyona uyğun, yenilikçi bir imic yaratmaqla yanaşı, əsas məqsədləri yalnız xərcləri azaltmaq və səhmlərin qiymətini yüksəltməkdir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İşsiz qalan bir milyon işçi: Bütün günah süni intellektin üstünə atıla bilərmi?

26.12.2025

Tesla səhmlərində minlərlə dollar zərərə səbəb olan 4 əsas səhv

26.12.2025

"Chrome" mağazasında 7 ildir gizlənən təhlükə: Pulla satılan əlavələr casus çıxdı

26.12.2025

O sizin dostunuz deyil: ChatGPT haqqında 4 narahatedici fakt

26.12.2025

Bütün şirkətlər işçilərə bonus verə bilər?

26.12.2025

Mark Kuban yeni məzunlara böyük şirkətlər əvəzinə kiçik bizneslərdə işləməyi tövsiyə edir

26.12.2025

Azərbaycanda viski istehsalı 48% azalıb

26.12.2025

Çin bağlantılı yeni təhdid qrupu: Bulud xidmətlərini casusluq üçün istifadə edirlər

26.12.2025

"Apple" uğursuz "iPhone"a daha bir şans vermək qərarına gəldi

26.12.2025

200 milyon istifadəçisi olan kripto pulqabı hekləndi - 7 milyon dollarlıq itki

26.12.2025

"Tesla" qapı tutacaqları böhranı dərinləşir: İlon Mask hər şeydən xəbərdar idimi?

26.12.2025

“Azərenerji” Ələtlə bağlı 8 milyonluq tender elan etdi

26.12.2025

Sadə ideyadan yaranan milyard dollarlıq biznes

26.12.2025

2026-cı ildə bu ölkələrə səyahət bahalaşacaq - SƏBƏB

26.12.2025

Nazir: AZAL təyyarəsi ilə bağlı cinayət işinə xitam verilməsi bizdə çox ciddi suallar doğurur

26.12.2025

Ceyhun Bayramov: Hazırda 5 ölkə ilə vizanın ləğvi üçün işlər aparılır

26.12.2025

İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı Prezident sərəncam imzaladı

26.12.2025

Bakıda obyekt icarəsinin baha və ucuz olduğu ərazilər - QİYMƏTLƏR

26.12.2025

Azərbaycanı 14 mindən çox işsiz ziyarət edib

26.12.2025

Bakı Fond Birjasının İdarə Heyətində yeni TƏYİNAT

26.12.2025

Məzənnə

Yüklənir...