İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

Redaktor

11.04.2025 23:49
297

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu yaz aylarında satınalma proseslərinə sürətli giriş edib.

Valyuta.az xəbər verir ki, mart-aprel ayında Təhsil Nazirliyi 42 milyon manatlıq satınalma planı ilə çıxış edib.

Belə ki, mart və aprel ayları ərzində ümumi dəyəri 42 milyon 80 min 126 manat olan 6 tender elan olunub. Siyahı təsərrüfatdan idman zalına, məktəb mebelindən avadanlıqlara qədər geniş spektri əhatə edir.

Ən son tender idman inventarının və digər avadanlıqların satın alınması ilə olub. 2 milyon 135 min 692 manatlıq bu müqavilə üzrə iştirak üçün son tarix 12 may müəyyən edilib.

Amma bu elan mart-aprel dövründəki tenderlərin yalnız bir hissəsidir. Məlumata görə, aprelin 3-də açıqlanan tenderdə Sumqayıt şəhəri üzrə 21 nömrəli, 1176 şagird yerlik məktəbin əsaslı təmiri nəzərdə tutulub. Bu layihənin maliyyə dəyəri 4 milyon 616 min 473 manat təşkil edir və təkliflərin 1 mayadək təqdim olunması tələb olunur.

Nazirlik martın 19-da isə bir gündə 4 tender elan edib. Onlardan ikisi yumşaq inventar, yataq dəstləri və xüsusi geyimlərin satınalınması ilə bağlıdır – biri məktəbəqədər təhsil müəssisələri (4 milyon 707 min 431 manat), digəri isə ümumtəhsil müəssisələri (5 milyon 634 min 457 manat) üçün nəzərdə tutulub.

Elə həmin gün təqdim edilən digər tenderlərdən biri isə dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı olub.  Ən yüksək məbləğli layihə 21 milyon 534 min 235 manat dəyərindədir. Bu tender 15 mayadək qüvvədə olacaq.

Sonuncu layihə isə məktəbəqədər təhsil müəssisələri üçün “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə satınalmaları əhatə edən 3 milyon 451 min 836 manat dəyəri olan layihə olub.

Qeyd edək ki, hazırda bütün tenderlər qüvvədədir. Mart ayının 19-da elan olunan bütün tenderlər aprelin 30-dək ( istisna dəftərxana və təsərrüfat mallarının satınalınması ilə bağlı olan tender mayın 15-dək) davam edəcək. 

Sərvanə Rəmixanova 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ölkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?

09.03.2026

G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq

09.03.2026

Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq

09.03.2026

ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir

09.03.2026

Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası

09.03.2026

Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır

09.03.2026

İlham Əliyev Müctəba Xameneyini təbrik edib

09.03.2026

"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"

09.03.2026

Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"

09.03.2026

Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır

09.03.2026

Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?

09.03.2026

Sabah hava necə olacaq?

09.03.2026

Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı

09.03.2026

Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar

09.03.2026

KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib

09.03.2026

Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq

09.03.2026

"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb

09.03.2026

Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib

09.03.2026

"Brent" neftinin qiyməti 118 dolları ötüb

09.03.2026
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

09.03.2026

Məzənnə

Yüklənir...