Redaktor
13.08.2025 16:20
1,176
EcomX inkubasiya proqramı Azərbaycan iqtisadiyyatına 15 e-ticarət biznesi qazandırıb
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə Azərbaycanda ilk dəfə keçirilən EcomX e-ticarət təlim və inkubasiya proqramı üç ay davam edən intensiv təlimlər nəticəsində 15 yeni e-ticarət biznesinin yaranması ilə yekunlaşıb.
Proqramın kulminasiya nöqtəsi 9 avqustda baş tutan Demo Day tədbiri oldu. Tədbirdə Bakı, Gəncə, Sumqayıt və Lənkərandan seçilmiş 21 layihədən 15-i investorlar, mentorlar və ekosistem nümayəndələri qarşısında ideyalarını təqdim etdilər. Müsabiqənin qalibləri hər biri 10,000 AZN mükafat qazanaraq bizneslərini genişləndirmək imkanı əldə ediblər.
EcomX proqramı Azərbaycanda ilk dəfə keçirilməsi ilə yanaşı, beynəlxalq proqramlarda iştirak etmiş təlmçi və mentorların dəstəyi ilə hazırlanmışdır. ecomX inkubasiya proqramının layihə rəhbəri Orxan Əhmədovun verdiyi məlumata əsasən; Fevral–aprel aylarında keçirilən “e-ticarətə giriş” təlimlərinə 780-dən çox müraciət daxil olmuş və 180-dən çox iştirakçı e-ticarətin əsasları, məhsul seçimi, rəqəmsal marketinq və platforma idarəçiliyi üzrə biliklər əldə etdikləri barədə sertifikatla təltif olunublar.. Daha sonra May ayında təşkil olunan ideaton mərhələsində 50-dən çox layihə arasından 21 perspektivli ideya inkubasiya proqramına qəbul olunub. May–iyul aylarında isə iştirakçılar 36 onlayn və 12 canlı tədbirdə məhsul inkişafı, hüquqi əsaslar, maliyyə planlaması və bazar strategiyaları üzrə təlimlər alaraq ideyalarını real bizneslərə çevirməyə nail olublar.
EcomX Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına, yeni iş yerlərinin yaradılmasına və regionlarda sahibkarlığın təşviqinə töhfə vermişdir. Proqram BONPARA şirkəti tərəfindən təşkil olunub və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SUPVC, Azərbaycan E-ticarət Birliyi, eləcə də .ini, epoint, brandmaker, cib.business və kargomat şirkətlərinin dəstəyi ilə həyata keçirilmişdir.
Proqramın uğurla başa çatması, Azərbaycanda e-ticarət biznesinə olan maraq və bu sahənin perspektivlərinin yüksək olduğunu bir daha təsdiq etmiş oldu. Təşkilatçılar ecomX proqramının növbəti mərhələsinin tezliklə elan olunacağı və yeni bizneslərin yaranmasına dəstək göstərəcəklərini qeye ediblər. EcomX proqramı nəticəsində yaranan 15 yeni biznes yerli və qlobal bazarda Azərbaycanın yeni nəsil sahibkarlarını təmsil edəcək.
Növbəti xəbər yüklənir...
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÖlkələrin "neft yastığı": Kim nə qədər dözə bilər?
09.03.2026G7 ölkələri strateji neft ehtiyatlarını hələ bazara çıxarmayacaq
09.03.2026Putin: RF dəfələrlə xəbərdarlıq edib ki, Yaxın Şərqdə sabitliyin pozulması enerji qiymətlərini artıracaq
09.03.2026ChatGPT-nin "yetkin rejimi"ndə qeyri-müəyyənlik davam edir
09.03.2026Uorren Baffetin 2026-cı ildə maliyyənizi dəyişdirə biləcək 6 strategiyası
09.03.2026Retro oyunların yüksəlişi: Yeni startap 1 milyard dollar dəyərə yaxınlaşır
09.03.2026İlham Əliyev Müctəba Xameneyini təbrik edib
09.03.2026"Apple" yeni bahalı dövrə başlayır: Qatlanan "iPhone" və toxunma ekranlı "MacBook"
09.03.2026Vüqar Bayramov: "Azərbaycan enerji satışından bu il daha çox gəlir əldə edə bilər"
09.03.2026Kristalina Georgiyeva: Yaxın Şərqdəki münaqişəyə görə "ağlasığmaz olanlara" hazırlaşmaq lazımdır
09.03.2026Milyarderlər pullarını əmanət hesablarında saxlamırlar - Bəs pullarını hara yatırırlar?
09.03.2026Sabah hava necə olacaq?
09.03.2026Yaxın Şərqdəki münaqişə fonunda Avropada qazın qiyməti yenə bahalaşdı
09.03.2026Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar
09.03.2026KİV: “Saudi Aramco” tenderlər vasitəsilə təcili neft tədarükünü həyata keçirməyi təklif edib
09.03.2026Əvvəllər 2 trilyon dollarlıq aktivləri idarə edirdi: indi üç nəfərlə pomidor satacaq
09.03.2026"iPhone"da şəkillərin keyfiyyətini yaxşılaşdıran gizli funksiya tapılıb
09.03.2026Yaponiya hələ neft ehtiyatlarından istifadə qərarına gəlməyib
09.03.2026"Brent" neftinin qiyməti 118 dolları ötüb
09.03.2026
Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU
09.03.2026Məzənnə
Yüklənir...