Cəmiyyətə fayda verən biznes modeli

Redaktor

29.12.2024 11:48
719

Cəmiyyətə fayda verən biznes modeli

İqtisadi inkişafla sosial ədalət arasındakı tarazlığı qorumaq əsas problemlərdəndir. Ənənəvi bizneslər əsasən mənfəət əldə etməyə yönəlmiş olsa da, sosial sahibkarlıq yalnız bununla kifayətlənmir. 

Sosial sahibkarlığın digər biznes modellərindən fərqi nədir və onu biznesin digər növlərindən necə fərqləndirmək olar?

Mövzu ilə bağlı Valyuta.az-a danışan biznes kouç Zülfiyyə Cəfərova bildirib ki, sosial sahibkarlıq, həm gəlir əldə etməyi, həm də sosial məqsədlərə xidmət etməyi birləşdirən innovativ biznes modelidir:  “Bu konsepsiya, ənənəvi mexanizmlərin – dövlət tənzimlənməsi və xeyriyyəçilik kimi yanaşmaların – həmişə effektiv olmadığı artan qlobal problemlər və sosial ədalətsizliklərə cavab olaraq ortaya çıxıb. Digər biznes modellərində olduğu kimi, sosial sahibkarlıq da çevik, təşəbbüskar, bazarın tələb və təkliflərini davamlı araşdıran, yeni məhsul və xidmətlər təklif edən, gəlir qazanmağa yönəlmiş biznes fəaliyyətidir. Lakin onu digər bizneslərdən fərqləndirən ən mühüm cəhət, əldə edilən mənfəətin istifadə qaydasıdır”.

“Sosial sahibkarlıq zamanın çağırışlarına cavabdır”

Z.Cəfərova vurğulayıb ki, sosial sahibkarlıqda mənfəət, biznes sahibinə divident şəklində ödənilmir:

“Əksinə, xərclər çıxıldıqdan sonra qalan gəlirin bir hissəsi biznesin inkişafına, digər hissəsi isə cəmiyyət və ekologiya ilə bağlı problemlərin həllinə yönəldilir. Bu yanaşma sosial sahibkarlığı digər sahibkarlıq formalarından ayıran əsas xüsusiyyətdir.

Beləliklə, sosial sahibkarlıq yalnız biznes fəaliyyəti deyil, həm də cəmiyyətin rifahına töhfə verən vasitədir. Bu model, mövcud sosial və ekoloji problemlərə dayanıqlı həll yolları təqdim edərək zamanın çağırışlarına cavab verir”.

“Sosial biznes yalnız iqtisadi deyil, mənəvi öhdəliklər də daşıyır”

Sosial sahibkarlıqda gəlirlilik məsələsi haqqında da danışan biznes kouç "gəlirlilik" məfhumunun spesifik bir çərçivədə qiymətləndirildiyini qeyd edib: 

“Ənənəvi bizneslərdə olduğu kimi, sosial biznes də gəlir əldə etməyə fokuslanmalı və təşəbbüskar yanaşma göstərməlidir. Lakin bu, riskli addımlar atmaq anlamına gəlmir. Biz bilirik ki, risk və gəlirlilik bir-biri ilə proporsional əlaqədədir. Ənənəvi bizneslərdə riskli qərarların verilməsi adətən, sahibkarın bu riskləri qarşılaya biləcək "təhlükəsizlik yastığı"na, yəni ehtiyat maliyyə resurslarına sahib olması ilə mümkün olur. Sosial sahibkarlıq isə daha ehtiyatlı və dayanıqlı gəlirlərə yönəlmiş olmalıdır. Bunun əsas səbəbi sosial biznesin yalnız iqtisadi deyil, həm də mənəvi öhdəliklər daşımasıdır. Sosial sahibkarlıq modelində mənfəət əldə etmək vasitə, cəmiyyətə fayda yaratmaq isə əsas məqsəddir. Buna görə də sosial sahibkarlıq, üzərinə götürdüyü sosial və ekoloji öhdəlikləri yerinə yetirmək üçün maliyyə dayanıqlığını təmin etməlidir”.

Maya Hüseynova

Cəmiyyətə fayda verən biznes modeli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...