Redaktor
BP-yə yeni regional prezident təyin olundu
Ciovanni Kristofoli (Giovanni Cristofoli) bu il oktyabrın 1-dən etibarən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə yeni regional prezidenti vəzifəsinin icrasına başlayacaq.
Bu barədə “BP-Azerbaijan” şirkətindən məlumat verilib. O, fəaliyyətini şirkətin Bakı ofisindən davam etdirəcək.
Hazırda C.Kristofoli BP-nin texniki həllər üzrə baş vitse-prezidenti və şirkətin “upstream”, emal, aşağı karbonlu enerji və birgə müəssisələrdəki bizneslərinə texniki xidmət və innovativ həllər təqdim edən qlobal təşkilatın rəhbəridir. Onun rəhbərliyi altında texniki xidmətlər, avadanlıqların davamlılığı və bütövlüyü, sualtı əməliyyatlar və digər sahələrdə əhəmiyyətli transformasiyalar həyata keçirilib.
Yeni təyinatla Cio Kristofoli, 2017-ci ilin aprelindən BP-nin AGT regionundakı fəaliyyətinə rəhbərlik edən Qari Counzu əvəz edəcək. Şirkət yaxın zamanda Q. Counzunun yeni vəzifəsi ilə bağlı əlavə məlumat açıqlayacaq.
BP-nin baş icraçı direktoru Marri Okinkloss C.Kristofolini yüksək təcrübəyə malik lider kimi xarakterizə edib: “C. Kristofoli qlobal enerji sənayesində strateji baxışı, əməliyyatlarda mükəmməlliyi, transformasiya və artım sahələrində sübut olunmuş təcrübəsi ilə seçilir. Onun BP-nin regiondakı mövcud uğurlu tərəfdaşlıqlarını davam etdirəcəyinə və dünya səviyyəli layihələrimizin irəliləməsinə töhfə verəcəyinə əminik”.
Eyni zamanda M. Okinkloss Q. Counzunun BP-nin AGT regionundakı fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib: “Q.Counz son səkkiz ildə Azərbaycan, Gürcüstan və Türkiyədəki biznesimizi qətiyyətlə idarə edib. O, hökumət, SOCAR və tərəfdaşlarımızla səmərəli əməkdaşlıq mühitində bir sıra mühüm uğurlara imza atıb. Xüsusilə bu ay Bakı Enerji Həftəsi çərçivəsində elan etdiyimiz beş yeni layihə BP-nin regiondakı uzunmüddətli və güclü tərəfdaşlığının daha bir sübutudur”.
BP rəhbərliyi hər iki menecerə yeni vəzifələrində uğurlar arzulayıb.
Qeyd edək ki, Ciovanni Kristofoli BP şirkətində artıq 24 ildir fəaliyyət göstərir və bu müddət ərzində şirkətin müxtəlif biznes sahələrində rəhbər vəzifələrdə çalışıb. O, 2021-ci ildən BP-nin texniki həllər bölməsinin baş vitse-prezidenti vəzifəsini icra edir. Bu müddət ərzində o, BP-nin “upstream” və emal sahələrini əhatə edən qlobal təşkilata rəhbərlik edib və əməliyyatların daha səmərəli və innovativ şəkildə həyata keçirilməsi istiqamətində vacib transformasiyalara imza atıb.
Onun rəhbərliyi altında texniki həllər bölməsi emal, sualtı əməliyyatlar və texniki xidmətlər də daxil olmaqla bir sıra biznes sahələrində yüksək icra keyfiyyəti, qabaqcıl təcrübələrin tətbiqi və texniki səriştənin inkişafına töhfə verib. C.Kristofoli həmçinin BP-nin müxtəlif bölgələrdəki fəaliyyətini birləşdirən rəhbər qrupun üzvü kimi Azərbaycan, Misir, Trinidad və Şimal dənizində həyata keçirilən geoloji layihələrin yenidən qiymətləndirilməsi və optimallaşdırılmasında aparıcı rol oynayıb.
Texniki həllər bölməsinə rəhbərlik etməzdən əvvəl o, BP-nin “upstream” biznesində əməliyyat və idarəetmə sahələrində geniş təcrübə qazanıb. Onun əvvəlki vəzifələri sırasında hasilatın inteqrasiyası və transformasiyası üzrə vitse-prezident, həmçinin qlobal əməliyyatlar və iri layihələr üzrə vitse-prezident vəzifələri yer alır. C. Kristofoli eyni zamanda İndoneziyada Tangguh LNG layihəsində sahə əməliyyatları üzrə rəhbər, Şimal dənizində isə müxtəlif platformalarda mühəndis və platforma meneceri kimi çalışıb. Bu vəzifələrdə o, BP-nin əməliyyat səmərəliliyinin artırılması və innovasiyaların tətbiqi ilə sənayedə transformativ təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynayıb.
C.Kristofoli həmçinin Beynəlxalq Neft və Qaz İstehsalçıları Assosiasiyasının (IOGP) sədridir. Bu vəzifədə o, neft və qaz sektorunda əməkdaşlığın genişləndirilməsini fəal şəkildə təşviq edir və Assosiasiyanın daha təhlükəsiz, səmərəli və davamlı sənaye təcrübələrinə yönəlməsinə dəstək verir.
O, müxtəliflik, inklüzivlik və istedadların inkişafının güclü tərəfdarı kimi BP-də gələcək liderlərin formalaşdırılmasına xüsusi diqqət ayırır.
C. Kristofoli Padua Universitetindən termodinamika üzrə fəlsəfə doktoru (PhD) və kimya mühəndisliyi üzrə magistr dərəcələrinə malikdir. O, həmçinin Kimya Mühəndisləri İnstitutunun üzvü və sertifikatlı alimdir. Hazırda Londonun Brunel Universitetində dəvətli professor kimi fəaliyyət göstərir.
©report
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının məşhur universitetində söküntü işləri başlayır
14.12.2025“Financial Times” “İlin Adamı”nı elan etdi
14.12.2025Yığımlarda 2 dəfədən çox artım, ödənişlərdə isə 60% azalma
14.12.2025Bakıda ət bahalaşdı - YENİ QİYMƏT
14.12.2025Nizamidə eyni mənzil bir neçə nəfərə satılıb? - VİDEO
14.12.2025Səudiyyə Ərəbistanının vəliəhdi "Barselona"nı almaq istəyir - Qiymət
14.12.2025Pivə istehsalı artdı
14.12.2025Dünyanın ən qeyri-adi Yeni il adətləri
14.12.2025Bakının mərkəzində TƏHLÜKƏ: Torpaq sürüşməsi riski
14.12.2025Böyük pulları tərk edən CEO-lar
14.12.2025Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI
14.12.2025Sumqayıtda böyük söküntü başlayır - VİDEO
14.12.2025Polkovnik Ramil Səfərovun xanımına vəzifə verildi
14.12.2025Azərbaycanda noutbuk istehsalı 14,9 dəfə artıb
14.12.2025Xətaidə iki ildir abadlıq işləri niyə yarımçıq qalıb? - VİDEO
14.12.2025Azərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
14.12.2025Ofisdə işləməkdən imtina edib qlobal HR platforması qurdu - SƏHƏR OXUSU
14.12.2025