Azərbaycanda fəaliyyət göstərən bankların əksəriyyətində avronun nağd və nağdsız alış məzənnələri fərqli göstəricilərlə təqdim olunub. Bəzi banklar həmçinin kartla əməliyyatlar üçün də məzənnə açıqlayıb, digərləri isə bu göstəricini təqdim etməyib.
Valyuta.az xəbər verir ki, "Kapital Bank", "Unibank", "Yelo Bank", "Bank of Baku", "Expressbank" və "Azərbaycan Beynəlxalq Bankı" kart üzrə avro alış qiymətlərini elan edən banklar sırasındadır.
Digər bankların siyahısında isə bu göstərici yer almayıb.
Ümumilikdə, banklarda avronun nağd alış qiyməti 1.9010-1.9500 manat, nağdsız alış qiyməti isə 1.9070-1.9460 manat aralığında dəyişir. Kart üzrə alış məzənnəsi açıqlanan banklarda bu göstərici 1.9210-1.9485 manat intervalındadır.


Mayya Hüseynova