Bank sektoru üzrə yeni göstəricilər açıqlanıb

Redaktor

25.07.2025 11:10
149

Bank sektoru üzrə yeni göstəricilər açıqlanıb

Azərbaycan Mərkəzi Bankı pul-kredit göstəriciləri ilə bağlı yeni göstəriciləri açıqlayıb.

Valyuta.az xəbər verir ki, 30 iyun 2025-ci il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 496, şöbələrinin sayı 86, ATM-lərin sayı 3,355 olub.

Hesabat ayında bank sektorunda çalışanların sayı 0.4% və ya 106 nəfər artaraq 26,071 nəfər təşkil edib. 

Fəaliyyətdə olan bankların cəmi aktivləri 56,734.1 mln. manat, cəmi öhdəlikləri 49,788.2 mln. manat, balans kapitalı 6,945.9 mln. manat olub. İyun ayında bankların cəmi aktivləri 0.3%, cəmi öhdəlikləri 0.2%, balans kapitalı isə 1.3% artıb. 

Hesabat ayında bankların kredit portfeli 0.3% və ya 85.6 mln. manat artaraq 28,472.1 mln. manat olub.

Kredit portfelinin strukturu: ı) biznes kreditləri – 53.2% (15,143.7 mln. manat); ıı) istehlak kreditləri – 31.3% (8,898.3 mln. manat) və ııı) ipoteka kreditləri – 15.5% (4,430.2 mln. manat).

Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 75%-i və ya 37,353.3 mln. manat. Depozit portfelinin 59.7%-i (22,292.6 mln. manat) hüquqi şəxslərin, 40.3%-i (15,060.7 mln. manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin 67%-i (10,095.8 mln. manat) milli valyutada, 33%-i (4,964.9 mln. manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 62.5%-i (9,408 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 2.3% və ya 209.6 mln. manat, tələbli əmanətləri isə 2.1% və ya 116.9 mln. manat artmışdır. 2025-ci ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1.9% (3,112 əmanətçi), ilin əvvəlindən isə 11.7% (17,654 əmanətçi) artıb. 

Hüquqi şəxslərin tələbli depozitləri 17,048.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.5%-ni təşkil edib. 

2025-ci ilin yanvar - iyun aylarında banklar 576.6 mln. manat xalis mənfəət, 881 mln. manat məbləğində əməliyyat mənfəəti əldə edib. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 134.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib. 

Monetar sektor

Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 0.5% artaraq 36,817.8 mln. manat təşkil edib. 

Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 131.3 mln. manat artaraq 2,716.8 mln. manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.

Ödənişlər sektoru

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 181 min ədəd artaraq 20 milyon 642 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 14.1% artıb. Ödəniş kartlarında debet kartlarının sayı 17.1% artıb, kredit kartlarının sayı isə 6.9% azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artıb. 2025-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 mln. manat təşkil edib.

Həyata keçirilən nağdsız ödənişlərin 7,375 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 mln. manatı POS-terminallar, 5 mln. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib. 

Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 8.9%, POS-terminalların sayı 43% artıb. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Sərnişin daşınmalarında 59 milyonluq artım

08.12.2025

İşdə daha sürətli işləmək və səmərəliliyi artırmağın 10 yolu - SƏHƏR OXUSU

08.12.2025

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

Məzənnə

Yüklənir...